6 Noyabr 2026, Cümə
Millimizə 27 futbolçu dəvət aldı
Millimiz Çexiya ilə heç-heçə etdi
XI turun hakim təyinatları açıqlandı
"Qarabağ" "Dinamo"ya məğlub oldu

Digər idman növləri

İki boksçumuz Avropa çempionatında növbəti mərhələyə yüksəlib

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb.

Futbolxeber.az saytının məlumatına görə, 70 kq çəki dərəcəsində mübarizə aparan Nəbi İsgəndərov 1/4 finalda Kalman Hankonu (Macarıstan) sınağa çəkib.

İdmançı ardıcıl 3-cü döyüşündən də qalib ayrılıb – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). N.İsgəndərov yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı da təmin edib. Onun finala gedən yolda rəqibi Con Makkonnell (İrlandiya) olacaq.

Səidcəmşid Cəfərov (75 kq) 1/8 finalda Muksim Abdullayla (Almaniya) üz-üzə gəlib. Dünya çempionatının mükafatçısı hər 3 raundu xeyrinə bitirib və yekunda 5:0 (30:27, 30:27, 29:28, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb. O, növbəti görüşündə Kevin Skottla (İsveç) qüvvəsini sınayacaq.

Hər iki döyüş sentyabrın 23-də keçiriləcək.

Qeyd edək ki, yarışa sentyabrın 25-də yekun vurulacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30