7 Noyabr 2026, Şənbə
U-21 millimizin heyəti açıqlandı
Kurban Berdıyevdən qələbə şərhi
Millimizə 27 futbolçu dəvət aldı
Millimiz Çexiya ilə heç-heçə etdi

Ölkə futbolu

Aneqlovski: “6 il əvvəlki ilə indiki Azərbaycan millisini müqayisə etmək istəməzdim”

Tacikistan milli komandası yoldaşlıq oyunu çərçivəsində sabah Bakıda Azərbaycan yığmasının qonağı olacaq.

Futbolxeber.az saytının məlumatna görə, komandanın baş məşqçisi İqor Anqelovski matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- İlk olaraq onu qeyd edim ki, burada olmaqdan məmmnun və rahatam. Azərbaycan bizə hər cür şərait yaradıb. Ehtiyacımız olan hər şeyə sahibik. Sabah rəsmi yoldaşlıq oyunudur. Bu oyuna hazırıq. Futbolçularla işləməkdən məmnunam. Bizim gözəl nəticələrimiz var. Asiya Kubokuna vəsiqə qazanmışıq.

- Qarşıda Azərbaycan, Fələstin və Çin yığmasına qarşı yoxlama görüşlərinə çıxacaqsınız. Hansı komanda daha güclüdür? Azərbaycanı özünüzdən güclü hesab edirsiz, yoxsa eyni səviyyədəsiniz?

- Baş məşqçi olaraq, bütün rəqiblərə hörmət etməliyəm. Altı il Şimali Makedoniya millisinin baş məşqçisi olmuşam. Bütün komandalara hörmət etməliyik. İki dəfə Azərbaycana qarşı oynamışıq. Yüksək keyfiyyətlərə malik oyunçularınız var. Komandanız D Liqasında olmağa layiq deyil. Çünki oyunçularınız yüksək keyfiyyətlidir. İndi Azərbaycan haqda düşünürük. Azərbaycanla oyundan sonra digər komandalar haqda fikirləşəcəyik.

- Sabahkı matçda sizin üçün yaxşı oyun, yoxsa nəticə vacibdir?

- Təbii ki, nəticə həmişə vacibdir. Yoldaşlıq oyunları milli üçün çox əhəmiyyətlidir. Oyunçularıma həmişə deyirəm ki, millidə oynayırıqsa, Tacikistanı qürurlandırmalıyıq. Sevinirəm ki, komandamda belə yaxşı oyunçualr var. Əlimizdən gələni edəcəyik ki, yaxşı oynayaq.

- Sabah qapıda "Turan Tovuz"un qapıçısı Oleq Baklovu görəcəyik?

- Bugünkü məşqdən sonra bəlli olacaq. İndi sizə deyə bilmərəm. Rəqibə mesaj vermiş olmuş olaram.

- Altı il əvvəlki Azərbaycan millisi ilə indiki arasında hansı fərq var?

- Baş məşqçi kimi Azərbaycan millisinə qarşı iki dəfə oynamışam. Birinci dəfə Avstriyada hazırlıq vaxtı qarşılaşmışdıq və 3:1 hesabı ilə qalib gəlmişdik. Türkiyədə isə 1:1 oynamışdıq. Həmin heyətdən Azərbaycan millisində kapitan və digər 1-2 oyunçu qalıb. Odur ki, müqayisə aparmaq istəməzdim.

- Vaxtı ilə Azərbaycan millisinin baş məşqçisi postuna namizədlər arasında adınız qeyd olunurdu. Bu doğrudur?

- İndi bu haqda danışmağın vaxtı deyil. Milli komandanın baş məşqçisi ilə bağlı çox adlar olur. Tacikistan yığmasının baş məşqçisiyəm. Bununla da fəxr edirəm. Bu suala qarşı tərəfdən cavab ala bilərsiniz.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30