6 Noyabr 2026, Cümə
Millimizə 27 futbolçu dəvət aldı
Millimiz Çexiya ilə heç-heçə etdi
XI turun hakim təyinatları açıqlandı
"Qarabağ" "Dinamo"ya məğlub oldu

Digər idman növləri

Puta qəsəbəsində idman zalı və minifutbol meydançasının açılışı olub

Qaradağ rayonunun Puta qəsəbəsində "Puta" idman zalı və minifutbol meydançasının açılışı olub.

Futbolxeber.az saytına bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Açılış mərasimində nazir Fərid Qayıbov, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov, Milli Məclisin üzvü Aydın Hüseynov və Puta qəsəbə sakinləri iştirak ediblər.

Fərid Qayıbov idman zalı və minifutbol meydançasında yaradılmış şəraitlə tanış olub, burada məşqlərin və yarışların təşkili üçün yaradılan imkanlarla maraqlanıb.

Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Gənclər və İdman Nazirliyinin sifarişi ilə inşa olunan zalda voleybol, basketbol, badminton, güləş, boks, gimnastika, stolüstü tennis, bilyard, fitnes və şahmat üzrə məşqlərin və yarışların keçirilməsi üçün müvafiq şərait yaradılıb. Bundan əlavə, kompleksin ərazisində minifutbol meydançası və köməkçi sahələr istifadəyə verilib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30