22 Sentyabr 2026, Çərşənbə axşamı
"Neftçi"dən yubiley qələbəsi
"Sumqayıt" qələbəni əldən verdi
Kurban Berdiyevdən qələbə şərhi
"Traktor"un qapıçısı "Sumqayıt"da

Ölkə futbolu

Qadın futbolçularımız Qarabağ Universitetində tələbələrlə görüşüblər

Qadınlardan ibarət Azərbaycan millisinin üzvləri, məşqçilər heyəti və AFFA-nın Qadın Futbolu Departamentinin əməkdaşları Qarabağ Universitetində olublar.

Futbolxeber.az saytının məlumatına görə, səfər çərçivəsində milli üzvləri universitetin qız tələbələri ilə görüşüblər. Görüşdə qadın futbolunun inkişafı və təbliği, qızların futbola və idmana cəlb olunması ilə bağlı fikir mübadiləsi aparılıb.

Tədbir zamanı futbolçuların iştirakı ilə imza sessiyası təşkil olunub və qadın futbolunun təbliğinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Daha sonra tələbələrin suallarının cavablandırıldığı panel keçirilib. Paneldə yığmanın futbolçuları və məşqçiləri təcrübələrini tələbələrlə bölüşüblər.

Proqramın davamında nümayəndə heyəti Qarabağ Universitetinin kitabxana və laboratoriyaları ilə tanış olub.

Səfərin sonunda yığmanın üzvləri, məşqçilər heyəti və AFFA nümayəndələri Xankəndi şəhərində yerləşən Zəfər parkını ziyarət ediblər.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30