Futzal
Millimizin ilk baş məşqçisi: “Top ağır, krassovkalarımız isə “kitayski” idi” LAYİHƏ
Futbolxeber.az saytı qalib olduğu AFFA yanında Media Komitəsinin “Futzal: mövcud durum və perspektiv üfüqləri” layihəsini davam etdirir. Bu dəfə Azərbaycan futzalı tarixinə yığmanın ilk baş məşqçisi kimi düşən Əbdülqəni Nurəhmədovla söhbətləşdik. Təcrübəli mütəxəssislə həm yığmanı çalışdırdığı vaxtlardan, həm futzalımızın hazırkı durumundan, həm də gələcək perspektivlərdən danışdıq.
- Siz futzal millimizin ilk baş məşqçisi olmusuz. Həmin vaxt bu ideya necə yarandı, təklif kimdən gəldi?
- 1991-ci ildə sovet ordusundan qayıtdıqdan sonra Siyəzənin “Çıraqqala” komandasında çalışmağa başladım. Həmin vaxt komanda aşağı liqada yarışırdı. Məqsəd güclülər sırasına qoşulmaq idi. 1 il “Çıraqqala”da çalışdım. Amma komanda mövsümün sonunda istəyinə çata bilmədi. Yüksək liqadan kənarda qaldığımız üçün Siyəzən klubundan ayrıldım. Daha sonra Bakıya gəldim və “Avtomobilçi”də çalışmağa başladım. 1995-ci ildə milli komandamız tarixində ilk dəfə olaraq Avropa çempionatının seçmə mərhələsində iştirak edəcəkdi. Rəhbərlik də məhz mənim yığmanı çalışdırmağımı istədi.
- Sizdən başqa millinin baş məşqçisi postuna namizəd var idi? Ümumiyyətlə, sizin seçilməyinizdə hansı amil rol oynadı?
- Məndən başda da namizədlər var idi. Təxminən 3-4 məşqçi arasında seçim edilirdi. Amma yığmanın əsasını məhz “Avtomobilçi”nin oyunçuları təşkil edirdi. Məncə bu amil seçimdə böyük rol oynadı.
- Səhv etmirəmsə, köməkçilərinizdə biri Şakir Qəribov idi...
- Biri yox, elə ancaq o idi. Şakir Qəribovdan başqa köməkçim yox idi.
- AVRO-1996-nın seçmə mərhələsi öncəsi heyəti necə formalaşdırdınız? Hollandiyadakı seçmə mərhələyə 11 futzalçı ilə yollanmışdınız...
- Azərbaycan çempionatından milliyə cəlb oluna biləcək oyunçular var idi. Onların arasında seçim etdik və komandanı formalaşdırdıq. Məncə səfərə 12 oyunçu ilə yollanmışdıq, 11 yox.
- Həmin vaxt Azərbaycan çempionatı ilə beynəlxalq arenadakı oyunlar arasında fərq var idi. Yəni biz mini-futbol, avropalılar isə futzal qaydaları ilə oynayırdılar. Bu məqam işinizə nə dərəcədə çətinlik yaradırdı?
- Həqiqətən də elə idi. Top ağır, bizim krassovkalarımız isə “kitayski” idi. Ağır topu məhz ilk dəfə Hollandiyada keçirilən seçmə mərhələdə gördük. Topun ağır, bizim krassovkaların yüngül olması işimizi bir qədər də çətinləşdirirdi. Üstəlik, oyunçuların çoxu böyük futboldan gəlmişdi. Yalnız 1-2 nəfər istisna təşkil edirdi. Futzal oynasaq da, mən özüm də komandaya hazırlığı böyük futboldakı kimi keçirdim. Böyük futbolun hazırlıq prosesini bir qədər kiçildib, komandanı hazırlaşdırırdıq.
- Bütün çətinliklərə baxmayaraq, seçmə mərhələyə uğurla başladınız. İlk oyunda Polşa üzərində 6:4 hesablı qələbə qazandınız.
- Biz həmin oyunda futbolda olduğu kimi uzun ötürmələrdən istifadə edirdik. Həmin dövrdə futzalda heç kim belə oynamırdı. Əksəriyyət uzun ötürmə taktikasından futzalda yenicə istifadə edirdi. Bizim qurduğumuz oyun tərzi rəqib üçün sürpriz idi. Üstəlik, polşalılar bizi saymırdılar. Oyundan qabaq bizə asan rəqib gözü ilə baxırdılar. Bundan faydalanıb onları məğlub etdik.
- Həmin görüşdən öncə komandada vəziyyət necə idi? Yəqin ki debüt oyunu olduğu üçün həyəcan, gərginlik var idi...
- Təbii ki, gərginlik var idi. İlk qarşılaşma olduğu üçün qələbə ilə başlamaq istəyirdik. Oyunçular məsuliyyəti dərk edirdilər. İndikilər “robot”dular. Amma o zaman kimin qabında nə var idisə, ən azı 70 faizini meydanda qoyurdu.
- Qələbə ilə başlasaq da, bunun ardını gətirmək mümkün olmadı. Digər 4 görüşdəki məğlubiyyətə səbəb nə idi? Güc çatmadı, yoxsa rəqiblər ilk oyundakı qələbədən sonra artıq Azərbaycan millisinə ciddi yanaşırdılar?
- Həm rəqiblər bizi artıq ciddiyə alırdılar, həm də yorğunluq sözünü dedi. Bayaq dediyim kimi, ağır topla oynayırdıq və bu, xeyli güc alırdı.
- Həmin yarışdan sonra milli komandamız Dünya çempionatının seçmə mərhələsinə qatılmalı olsa da, bundan imtina edildi. Bu nədən irəli gəlirdi?
- Həmin vaxt futzala indiki kimi baxılmırdı. Bugünkü səviyyədə diqqət, qayğı yox idi. Həm də o vaxt məcburiyyət yox idi. İndi UEFA-nın tələblərinə əsasən, federasiyalar çempionat keçirməyə, futzal yığması formalaşdırmağa məcburdular.
- Yığmadan gedişinizə səbəb nə oldu? Özünüz getdiz, yoxsa...?
- Özüm getdim, gördüm mənlik deyil. Federasiya rəhbərliyi ilə aramızda hər hansı problem yox idi. Sadəcə olaraq durum məni qane eləmirdi. Komandada şərait yox idi, mən isə ailəmi dolandırmalıydım. Ona görə də məcbur oldum başqa sahəyə keçdim.
- Futzal Azərbaycanda ənənəsi olan idman növüdür. Bu idman növünün ölkəmizdəki hazırkı durumunu necə dəyərləndirərdiz?
- Son illər Azərbaycanda futzalın inkişaf etdiyi göz önündədi. Amma indi də çatışmazlıqlar qalır. Bir qədər də diqqət artırılsa, lap yaxşı olar. Uşaq futzalı, məktəblər yoxdur. Bütün bunları yaratmaq lazımdır. Üstəlik, çempionatımız da zəif keçir. Cəmi 3-4 komanda iddialıdı.
- Özünüz də hazırda futzalın içində olan adamsınız. Məktəblərin olmaması nədən irəli gəlir?
- Bu, maddi durumda bağlıdır. Nədənsə sponsorlarda futzala maraq yoxdu.
- Yüksək liqa, birinci dəstə - bu yarışları mütəmadi olaraq izləyirsiz. Hansı çatışmazlıq var?
- Hər şey maliyyənin üstündədi. İş adamları futzala diqqət ayırsalar, vəziyyət dəyişər. Məktəblər olmadığı üçün böyük futbolda olduğu kimi, futzal da oyunçu çatışmazlığı mövcuddur. Axtarırsan, amma tapa bilmirsən. Maliyyə olmalıdı. Məşqçilər daha çox oxumalı, inkişaf etməlidirlər. Üstəlik, beynəlxalq yoldaşlıq oyunları da daha çox keçirilməlidir.
- Futzal federasiyasının prezidenti Zaur Axundov bu yaxınlarda AFFA İcraiyyə Komitəsinin üzvü seçildi. Düşünmək olar ki, bundan sonra futzala diqqət daha da artırılacaq?
- Zaur bəylə 1-2 dəfə görüşümüz olub. Amma o AFFA İcraiyyə Komitəsinə üzv seçildikdən sonra bu barədə danışıq olmayıb. Çempionatın sonuna az qalıb. Yəqin ki, çempionat başa çatdıqdan sonra ətraflı müzakirələrimiz olacaq. Zaur Axundov da futzalın inkişafı üçün çalışır. 5 il qabaq bizi biryerə yığmışdı, o zaman da fikirlərimi dedim. Futzalı inkişaf etdirmək istəyiriksə, akademiya mütləqdi. Eləcə də 1 yığma olmamalıdı. Ən azı U-21, U-19, lap U-17 komandaları formalaşdırılmalıdır. Bu yaş qrupu üzrə komandalarda oyunçular püxtələşməlidirlər. Bir dəfə ikinci yığma, U-21 formalaşdırılmışdı. Amma bu, daimi olmalıdır.
- Elə sadaladığınız səbəblərdəndir ki, hazırda millimizin əsas heyətini braziliyalılar təşkil edir...
- Braziliyalılar olmalıdı, hazırda onların xidmətindən çoxları istifadə edir. Amma braziliyalıların yanında yerlilər də olmalıdır. Məsələn, Biro Jade baş məşqçidir, köməkçiləri yerlilər olmalıdır ki, ondan öyrənsinlər, faydalansınlar.
- Əvvəlki illərə baxanda, son seçmə mərhələ oyunlarında millidə bir neçə yerli futzalçını gördük.
- Bəli, əvvəlki illərlə müqayisədə indi heyətdə azərbaycanlıların sayı çoxdu. Rövşən Hüseynov, Xətai Bağırov, İsa Atayev bacarıqlı oyunçulardı. Mən demirəm onlara nəsə öyrətmişəm. Amma hər üçüncü mən tapmışam, futzala cəlb etmişəm. Onlara psixologiyanı, peşəkarlığı aşılamışam. Azdan-çoxdan faydam dəyib. Sağ olsunlar, bunu unutmurlar və oyundan sonra gəlib görüşürlər. Onlara sağa-sola zərbə vurmağı öyrətməmişəm, idmançı həyatını başa salmışam.
- Gələcəkdə Azərbaycan yığmasının yalnız yerlilərdən təşkil olunması üçün nə qədər vaxt lazımdı?
- Vaxt deməyə çətinlik çəkirəm. Futzal çox çətin oyundu. Böyük futbolumuza baxın, yavaş-yavaş irəli addımlayır. Futzal yığmamız son dünya çempionatında beşinci oldu. Əgər bu idman növünə diqqət daha çox olsa, bir qədər də irəli gedə bilərik. Unutmayaq ki, mini futbolun ənənəsi bizdə qoyulub, Ələkbər Məmmədovun vaxtında. Biz 14 yaşında böyüklərlə oynayırdıq artıq.
- Azərbaycan yığması tarixi ərzində ardıcıl 5-ci dəfə Avropa çempionatına yüksəldi. Yarışa hələ 7-8 ay vaxt var. Qitə birinciliyində komandamızdan nə kimi nəticə gözləmək olar?
- Əvvəlki illərə müqayisədə nəticə qazanmaq nisbətən çətin olacaq. Buna görə də komandanı gücləndirmək lazımdı. Daha 1-2 keyfiyyətli braziliyalı komandaya cəlb olunsa, Avropa çempionatında nəticə qazanmaq mümkündür.
- Baş məşqçi məsələsi ilə bağlı fikirləriniz necədir, Biro Jade qalmalıdır yığmada?
- Mən Bironu saxlayardım. Amma yanında yerli məşqçilər lazımdır. Məsələn, İlqar Aslanov. Yanında işlədiyim üçün demirəm, İlqar həqiqətən də istəkli məşqçidi, öyrənir, kurslara gəlir, öz üzərində çalışır. Ona Bironun yanında şans vermək olar. 2, hətta 3-cü məşqçi kimi. Əsas odur ki, inkişaf etsin və gələcəkdə Azərbaycan futzalına fayda versin.
Söhbətləşdi: FƏRƏC
“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”nin oyununda dava
- Almaniya DÇ-2026 ilə vidalaşdı
- Adil Şükürov “Sumqayıt”la anlaşdı
- PFL I və II Liqanın başlama tarixini açıqladı
- "Sumqayıt"ın baş məşqçisi müəyyənləşdi
- “Kəpəz”lə razılaşmışdı, “Osiyek”i seçdi
- “Ferentsvaroş”un baş məşqçisi: “Qarabağ” elə intensiv futbol oynadı ki...”
- Azərbaycan klublarının yay transferləri (Yenilənir)
- “Lankaran Open 2026”da narazılıq: “Bugünkü hadisələr fiaskodur”
- “Qarabağ” milli üzvünün yolunu gözləyir?
- "Neftçi"dən ayrıldı, sabiq klubuna qayıtdı
- “Neftçi” Qraviyonla müqavilə imzaladı, növbədə daha iki legioner var
- “Neftçi” yeni mövsümə hazırlığın ilk mərhələsini başa vurdu
- Çexiya klubu “Turan Tovuz”un aqibətini yaşadı, “Qarabağ”ın yolu asanlaşdı
- “Neftçi”nin rəqibləri müəyyənləşdi
-
13:00
“Neftçi” yenilənmiş saytını istifadəyə verib
-
12:46
"Neftçi"yə lazım olmadı, Serbiya klubuna keçdi
-
12:18
"Rakuv" Mahirin adını Konfrans Liqası üçün sifariş edə bilmədi
-
11:32
Belçika millisinin yeni baş məşqçisi müəyyənləşdi
-
10:53
ÇSKA-nın müdafiəçisi: “Qarabağ”la oyunda heç-heçə məğlubiyyət kimidir”
-
10:35
“Neftçi”nin qadın komandası Çempionlar Liqasında mübarizəyə başlayır
-
10:21
"Fənərbaxça"nın qələbəsi VİDEO
-
10:07
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:44
Azərbaycan UEFA reytinqi İsrailə bir qədər də yaxınlaşıb
-
09:30
“Neftçi” Minsk “Dinamo”sunu qəbul edir
-
21:25
Erməni güləşçilər Bakıya gəlir
-
21:00
“Neftçi” azarkeşlərinin gözlədiyi transfer Bakıya gəldi: sabah 3 illik müqavilə imzalanacaq
-
19:46
"Dinamo"nun baş məşqçisi: "Məqsədimiz növbəti mərhələyə adlamaqdır"
-
19:18
Futzal millimizin oyunlarının təqvimi açıqlandı
-
18:33
"Zirə" "Göztəpə"nin sabiq hücumçusunu transfer etdi
-
17:02
Azər Məmmədov: “Oyunçular özlərini yaxşı tərəfdən göstərməyə çalışırdılar”
-
16:29
"İmişli" gücünü "Qarabağ"ın əvəzedicilərinə göstərdi
-
15:53
Yuri Vernidub: “Sabahkı oyundan öncə kartlarımı niyə açım?”
-
15:32
Emin Mahmudov: “İndi “Braqa” barədə düşünmürük”
-
15:14
“Qəbələ” nigeriyalı vinger transfer etdi
-
14:41
Belarus klubu yeni transferini İçərişəhərdə təqdim etdi
-
14:00
“Qarabağ”ın yenilənmiş iştirak ərizəsini UEFA-ya göndərdi
-
13:27
Qurban Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı
-
12:58
"Karvan-Yevlax" Orxan Sadıqlını heyətinə qatıb
-
12:36
Cavid Hüseynov: “Nəticə yox, meydanda görəcəyimiz iş vacibdir”
-
12:13
Toral oynadı, “Bursaspor” qalib gəldi
-
11:42
Stiv Beusnard “Turan Tovuz”da
-
11:05
“Sabahın Ulduzları”, xoş gəlir avazları
-
10:29
"Araz-Naxçıvan" braziliyalı legionerlə yeni müqavilə imzaladı
-
09:54
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:31
ÇSKA Bakıya xal itkisi ilə gəlir
-
19:49
“Kəpəz” - “Şamaxı” matçında heç-heçə
-
19:07
Qazax şəhərində avarçəkmə tədbiri keçiriləcək
-
18:22
“Karvan-Yevlax” qapıçı transfer etdi
-
17:51
Qazaxda velosiped idmanı üzrə Federasiya Kuboku keçiriləcək
-
17:15
“Səbail”in sabiq legioneri "Şəfa"ya keçdi
-
16:34
Konfrans Liqası: “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
-
16:00
Hacı Əliyev: “Dünya çempionatında hər bir güləşçimizdən uğurlu nəticə gözləyirəm”
-
15:48
Yamaykalı vinger rəsmən "Zirə"də
-
15:23
"Qarabağ"ın da potensial rəqibi bəlli oldu
-
15:09
Prezident İlham Əliyevdən İspaniyaya təbrik
-
14:57
Finlandiya çempionu Bakıdadır
-
14:38
Səfir: "Kriket insanlararası əlaqələrin möhkəmlənməsinə töhfə verə bilər" FOTOLENT
-
14:21
ÇL: "Sabah"ın III mərhələdəki potensial rəqibi müəyyənləşdi
-
13:54
"Turan Tovuz" üçün yeni rəqib
-
13:15
Bakıda Avropa Cüdo Ümidləri Turniri keçiriləcək
-
13:00
Emrelinin “Rakov”da ilk seçimi
-
12:43
“Araz-Naxçıvan”dan ayrılan legioner vətəninə qayıtdı
-
12:28
Azərbaycan avarçəkənləri Avropa çempionatına qatılacaqlar
-
12:06
Mbappe bunu bacaran ilk futbolçu oldu
22.07.2026
21.07.2026
20.07.2026























