Etopaz
Xarici mərc saytları müştəriləri necə aldarır?
Azərbaycanda xarici bukmeker kontorlarının fəaliyyəti qadağandır. 2021-ci il dekabrın 27-də Azərbaycan parlamenti “Telekommunikasiya haqqında” Qanuna düzəlişi qəbul edib. Düzəliş virtual məkanda lotereya və idman mərc saytlarına girişi qadağan edir.
Qanuna edilən düzəlişə əsasən, internet provayderləri və rabitə operatorları telekommunikasiya xidmətləri vasitəsilə belə oyunların təşkilinin və keçirilməsinin qarşısını almalıdırlar. Bura oyunların təşkili və ya bilet satışı, oyunlarda iştirak, o cümlədən xarici lotereya təşkilatçılarına və idman mərc oyunlarının operatorlarına ölkədə virtual mühitə çıxış daxildir.
Əslində, daha öncədən də bu barədə qadağalar var idi, amma müxtəlif vasitələrlə qanunlar pozulur, vətəndaşlar xarici bukmeker kontorlarında oynamağa davam edirdi. “Telekommunikasiya haqqında” Qanuna son düzəlişdən sonra nəzarət daha da güclənib.
Ölkədə mərc oyunlarını təşkil edən qurumlar var və onlar mərc həvəskarlarına yaxşı xidmət göstərir. Uduşlar vaxtında, heç bir problem yaradılmadan ödənilir. Amma bəzi vətəndaşlar var ki, xarici bukmeker kontorlarına üz tutur, haqsızlıqla üzləşəndə dərini deməyə heç kimi tapmır, hətta uduşlarını da ala bilmir. Yalnız uduşlarını ala bilmədikdən sonra yanlış yolda olduqlarını anlayırlar.
Sözügedən saytların hər hansı ofisi, rəsmi nümayəndəliyi yoxdur, bu səbəbdən cərimələrdən yaxa qurtarırlar. Onlar ofşor zonalarda saxta şirkətlər yaradır və böyük təbliğat mexanizmi, reklamlarla digər ölkələrin bazarına daxil olub qanunsuz fəaliyyət göstərir, insanların pulunu talayırlar. Həmin saytlarla birbaşa əlaqəyə girmək üçün vasitə yoxdur, olduqda isə heç zaman problemin həllinə nail olmaq baş tutmur.
Belə saytlar vergidən, müxtəlif xərclərdən qaça bildiyi üçün qanuni mərc saytları ilə müqayisədə daha yüksək, cəlbedici əmsallar təklif edirlər. Belədə vətəndaşları tora salmaq asanlaşır. Amma böyük uduşlar olanda onlara əl çatmır, kimsə də haqqını tələb edə bilmir. Hesablar blok olunur və ya müxtəlif bəhanələrlə ödənişlərin verilməsi “unudulur”.
Aldadılmış müştərilərin sosial şəbəkələrdə etdiyi “üsyanlar”dan bir neçə nümunəni təqdim edirik. Məsələn, bir nəfər yazır: “1xBetdə 500 AZN depozit edilmiş hesab idi. Bir neçə dəfə xahiş etdikdən sonra çıxarışı bağladılar, sənədlər istədilər. Müxtəlif kartların şəkilləri, kartlardan çıxarış, sorğu-sual... Sonra da yalandan, qaydalara zidd mərc etdiyimi deyib hesabımı blokladılar, udduğum 14 minin arxasına keçdilər. Heç bir halda hesabı geri qaytarmadılar”.
Camaatın ürəyi doludur. Başqa bir vətəndaş “BetPriz”də 10 AZN depozit edib, voleybolda “stavka” edərək balansını 3 gün ərzində 17 min manata qədər yüksəldib. Çıxarış verdikdə vətəndaşı incidiblər, ona gündəlik 300, 200, 100 manat çıxarmağa imkan yaradıblar, sonda 15 min manat qalarkən hesabı səbəb göstərmədən blok ediblər.
“MostBet” də fırıldaqda ad çıxarıb. Bu saxta şirkət bir nəfərin 39 min manatlıq uduşunu ödəməkdən imtina edib. Səbəb kimi oyunların guya satılmış olması göstərilib. Vətəndaş kuponun fotosunu paylaşaraq yazıb: “Bu şəkildə satılmış oyun görürsüz? Hamının pul yatırıb qazanacağı oyunlardı. Hələ “MostBet”in bir işçisinin hesabı oğurlamasını demirəm. Hesabı oğurlayıb, parolu dəyişib, indi isə hesab dondurulub. “MostBet” 10-12 günə cavab verəcəyini demişdi, indi də 60 günə cavab verəcəklərini deyirlər”.
Digər bir zərərçəkmiş yazır: “Mənə dərs olsun. Bir də belə saytlara güvənib mərc etmərəm. 732 AZN çıxarış etdim, imtina gəldi, sənəd təsdiqi istədilər. Halbuki keçən ay vəsiqə ilə selfi istəmişdilər, göndərmişdim, problem olmamışdı. Bu dəfə çıxarış məbləği yüksəldiyi üçün belə etdilər... Cünet Erten başda olmaqla bir qrup fırıldaqçını bu sektordan rədd etmək lazımdı. Hər kəs boykota başlasın. “BetPriz”, “Bahisden Bet”, “BetButa” - Azərbaycanda bu saytlar eyni adamındı, pulları yığıb qaçırlar, sonra başqa saytla bazara girirlər. Belə saxta oynamayın, daha bəsdir. Bu saytlar sizi ən çətin anda pis vəziyyətdə qoyub pulunuzu mənimsəyir. Mənə dərs olsun. Nə varsa ancaq “eTopaz” - dövlətin qanuni mərc saytı”.
Bunlar narazı müştərilərdən yalnız bir neçəsidir, oxşar nümunələr həddindən artıq çoxdur.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Ukrayna futbolunun əfsanəsi: “Bu, ÇL-də səs-küy yaradan “Qarabağ” deyil”
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- Azərbaycan Premyer Liqasında 2-ci turun təqvimi müəyyənləşdi
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
- II turun hakim təyinatları açıqlandı
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- "Qarabağ"ın "Xaric segah"ı...
-
14:32
Çempionlar Liqasında həftənin rəmzi komandası
-
14:16
"Naxçıvan"da yeni müqavilə
-
13:58
"Arsenal" 17 yaşlı gürcüstanlı futbolçu transfer etdi
-
13:25
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
-
12:41
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu: "Qurban Qurbanovla işləmək istəyirəm"
-
12:00
Basketbol millimiz Türkiyədə ikinci olub
-
11:39
Voleybol klublarımızın avrokuboklarındakı oyun proqramı bəlli olub
-
11:14
“Fiorentina” 3 xalı 4 qolla qazandı VİDEO
-
10:57
"Gəncə" Ülkər Kərimova ilə müqavilə imzalayıb
-
10:23
“Şalke” mövsümdə ilk qələbəsini qazandı VİDEO
-
10:02
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:46
"Beşiktaş" "Ərzurumspor"a şans tanımadı VİDEO
-
09:30
“Kəpəz” “Qəbələ”ni, “Sumqayıt” “Şamaxı”nı qəbul edir
-
23:45
Nəriman Axundzadənin komandası “Beşiktaş”la bacarmadı
-
22:23
Mahirin komandasından ilk qələbə
-
22:07
MOİK - "Şimal" matçında heç-heçə VİDEO
-
21:36
“Tuluza”nın yetirməsi “Sumqayıt”da
-
20:59
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
19:41
Azərbaycanın yunan-Roma güləşi millisi toplanışa başlayır
-
19:14
Klisman: “Bu qol bütün komandanın əziyyətinin bəhrəsidir”
-
19:00
Vernidub: “Belə oynamağa haqqımız yoxdur, eyni səhvləri təkrarlamamalıyıq”
-
18:28
“Neftçi” "İmişli"ni məğkub etdi
-
17:32
Yakiroviç ayın ən yaxşısı seçildi
-
16:55
Atletika Federasiyasında hakimlərlə görüş keçirilib
-
16:27
Gimnastları dünya çempionatında finala vəsiqə qazanıblar
-
16:03
"Guba Open 2026" II Beynəlxalq Şahmat Festivalına yekun vurulub
-
15:46
“İmişli” - “Neftçi”: Heyətlər açıqlandı
-
15:19
"Karvan-Yevlax" klubu ötən ay müqavilə bağladığı futbolçu ilə vidalaşıb
-
14:51
“Şəfa” cəzadan yayındı, AFFA 5 min manat itirdi
-
14:24
Xames Rodriges bu kluba keçdi
-
14:00
Çempionlar Liqası: Minifutbol klublarımızın rəqibləri bilindi
-
13:32
Hamidu Keytanın yeni klubu məlum oldu
-
13:13
Boks millimiz Qazaxıstanda beynəlxalq turnirə qatılacaq
-
12:48
Zaur Paşayev "Naxçıvan"da
-
12:25
Millimizin rəqibi Gürcüstanla heçə-heçə edib
-
11:57
"Bazel" baş məşqçisini istefaya göndərdi
-
11:16
Azərbaycan oxatanları Belarusda 3 medal qazanıblar
-
10:49
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:31
"Sabah"ın məğlubiyyəti VİDEO
-
10:00
Azərbaycan UEFA reytinqində 25-cidir
-
01:24
"Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
-
00:52
“Mançester Yunayted” “Sabah”ı darmadağın etdi
-
21:29
V turun hakim təyinatları açıqlandı
-
21:00
Yankoviç “Turan Tovuz”da
-
20:41
“Zirə”də mərakeşli müdafiəçi
-
19:08
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
-
18:35
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
-
17:54
"Kəpəz"in müdafiəçisi 6 həftəlik sıradan çıxdı
-
17:26
"Mançester Yunayted" yubiley oyununa çıxır
-
16:47
Füzuli Məmmədov komandasının liderliyini şərh etdi: “Bu qələbələr bizi arxayınlaşdırmamalıdır”
12.09.2026
11.09.2026
10.09.2026
























