Etopaz
"TOPAZ": "UOTFORD"UN 30 İLDİR AXTARDIĞI SENSASİYA
Avropanın top-liqalarından İngiltərə və Fransada bu dəfə turlar arası fasilə çox qısa çəkdi. 2 gün əvvəl - həftəsonu oynayan ingilis və fransız klubları bu gün-sabah daxili çempionatda növbəti matçlarına çıxacaq. Premyer liqada bu gecə 4, Liqa-1-də isə 3 qarşılaşma var.
İngiltərə çempionatının lideri "Mançester Siti" 15-ci turda səfərdə "Uotford"un qonağı olacaq. Son 4 turda qələbəyə həsrət qalan, hazırda 10-cu pillədə qərarlaşan "Uotford"un Pep Qvardiolanın "məğlubedilməz armadası"ndan xal qoparacağı real görünmür. "Mançester Siti"ni sonuncu dəfə 1989-cu ildə məğlub edən uotfordlular 30 ildir həmin uğuru təkrarlaya bilmir. "Siti"nin heyətində De Bryune, Aquero, Manqala, Mendi, Zinçenko kimi oyunçular zədə səbəbindən matçı buraxsalar da, bukmekerlər qarşılaşmanın aşkar favoriti kimi mançesterliləri göstərir. Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan "Topaz"da "Uotford" - "Mançester Siti" görüşünə həm canlı, həm də "təkli" mərc qəbul olunur. "Uotford"un qələbəsi 7.45, heç-heçə 4.70, "Mançester Siti"nin qələbəsi isə 1.25 əmsalla dəyərləndirilir.
Premyer liqada gecənin digər oyunlarından "Bornmut" - "Haddersfild" matçı da maraqlı mübarizə vəd edir. 9-cu sırada qərarlaşan "Bornmut" ardıcıl 4 oyundur meydanı qələbəsiz tərk edir. Bu komandanın keçirdiyi son 6 matçın hamısı "üst" bitib. Autsayderlər qrupunda - 17-ci yerdə mövqe tutan "Haddersfild"lə dueldə "qara-qırmızılar" 4 turluq qələbəsizlik seriyasına son verməyə çalışacaq. Autsayder axşam sürpriz edərsə, bu, "Haddersfild"in son 11 ildə "Bornmut"un meydanında ilk qələbəsi olacaq. "Topaz" bu matçı canlı mərcə çıxarmaqla yanaşı, həm də müştərilərinə "təkli" mərc fürsəti verir. Əmsallar: "Bornmut"un qələbəsi 1.60, heç-heçə 3.35, "Haddersfild"in qələbəsi 4.50.
Fransa liqasındakı 3 oyundan ikisi prinsipial əhəmiyyət daşıyır. Tarixinin ən uğursuz mövsümlərindən birini keçirən "Monako" turnir cədvəlində qonşusu "Amyen"in qonağı olacaq. 15 oyunda cəmi 10 xal yığan "Knyazlıq klubu" 19-cı yerdə, "Amyen" isə bir sıra yuxarıda qərarlaşıb. Əfsanəvi futbolçu Tyeri Anrinin baş məşqçi postuna gətirilməsi də hələki "Monako"ya kömək etmir. Komandanın əsas heyət oyunçularının yarısı zədəlidir. Bununla belə, "Monako" heç olmasa xalını özündən əvvəlki komandalarla bərabərləşdirmək üçün bu axşam qalib gəlməyə borcludur. "Topaz"ın bu matç üçün təklif etdiyi əmsallar: "Amyen"in qələbəsi 2.65, heç-heçə 2.95, "Monako"nun qələbəsi 2.30.
Digər görüşdə isə liderlər qrupunun komandaları üz-üzə gələcək. "Stad de Mosson"da 2-ci sıradakı "Monpelye" 4-cü pillədəki "Lill" klubunu qəbul edəcək. "Lill" kubok oyunu da daxil olmaqla düz 5 matçdır qələbə qazana bilmir. Bu axşam bunu bacarsalar, 2-ci yeri "Monpelye"nin əlindən alacaqlar. Tərəflərin Monpelyedə keçirilən son 4 duelinin "üst" bitməsi də maraqlı statistik faktlardandır. "Topaz"da canlı və "təkli" mərc edə biləcəyiniz bu görüşün əmsalları belədir: "Monpelye"nin qələbəsi 2.15, heç-heçə 2.80, "Lill"in qələbəsi 3.
Ümumilikdə "Topaz" bu gün müştərilərinə mərc etmək üçün 74 oyun təklif edir. Onlardan 47-sinə canlı, 15-nə isə həm canlı, həm "təkli" mərc etmək olar. Mərcinizi ən yaxın "Topaz" məntəqəsində və ya www.etopaz.az saytı vasitəsilə edə bilərsiz.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
10:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
-
12:06
“Roma” futbolçusunu Argentina millisinin düşərgəsinə buraxmır
-
11:41
“Mançester Yunayted” Kerriki istefaya göndərir
12.11.2026
11.11.2026
10.11.2026
























