Etopaz
“TOPAZ”: ÇEMPİONLAR LİQASINDA PLEY-OFFA İLK VƏSİQƏLƏR UĞRUNDA
Futbol üzrə Çempionlar Liqasında həlledici oyunlar başlayır. Qrup mərhələsinin 4-cü turu bəzi komandaların pley-off şansına aydınlıq gətirəcək. Bu səbəbdən axşam baş tutacaq 8 qarşılaşmanın maraqlı və gərgin mübarizə şəraitində keçəcəyi gözlənilir.
B qrupunda “Barselona” səfərdə “İnter”ə qalib gələrsə, qrup lideri kimi vaxtından əvvəl növbəti mərhələyə vəsiqəni təmin edəcək. Hərçənd bu, “Barsa” üçün heç də asan olmayacaq. İndiyədək “Cüzeppe Meatsa”ya Çempionlar Liqası turnirində 3 dəfə səfər edən katalonlar heç birində qələbə qazana bilməyib (2 heç-heçə, 1 məğlubiyyət). Umumiyyətlə, “Barsa”nın səfərdə “İnter” üzərində bir qələbəsi var ki, o da 60 il (!!!) əvvəl - artıq tarixin yaddaşına köçən “Yarmarkalar Kuboku”nda qeydə alınıb. İki həftə əvvəl “Nou Kamp”da keçirilən matçda meydan sahibləri 2:0 hesablı qələbə qazanıb. Həmin oyunu Leonel Messisiz keçirən “Barsa”da bu dəfə vəziyyət nisbətən dəyişib. Argentinalı ulduz artıq məşqlərə başlayıb və onun start heyətində olmasa da, sonradan meydana çıxacağı gözlənilir. Vermalenin oynamayacağı isə dəqiqdir. Yaxın keçmişdə “İnter”in formasını geyinmiş Rafinya və Koutinyo bu dəfə “Cüzeppe Meatsa”da rəqib kimi meydana çıxacaq. B qrupunda vahid lideri müəyyənləşdirəcək bu oyuna Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan “Topaz”da həm canlı, həm “təkli” mərc edə bilərsiz. Əmsallar: “İnter”in qələbəsi 3.25, heç-heçə 3.15, “Barselona”nın qələbəsi 1.90.
İtaliyada keçiriləcək digər görüş - “Napoli”- PSJ matçı da gərgin mübarizə vəd edir. İki həftə əvvəl Parisdəki dueldə qeydə alınan 2:2-lik bərabərlik daha çox “Napoli”nin xeyrinə oldu. Hazırda neapollular 5 xalla C qrupunda 2-ci, PSJ isə 4 xalla 3-cüdür. Qrup lideri “Liverpul”un 6 xalı var. İngilislərin bu axşam Serbiyada “Srvena Zvezda”ya qalib gəlmək şansı yüksək olduğundan “Napoli” - PSJ duelində uduzan tərəf qrup 2-cisi olmaq şansını xeyli azaldacaq. Tərəflərin hər ikisi son həftələrdə əla futbol göstərir. Fransa çempionu son 9 matçının 8-də qalib gəlib və yalnız əvvəldə qeyd etdiyimiz kimi “Napoli” ilə “sülh bağlay;b”. Neapollular isə ardıcıl 6 oyundur uduzmur. İndiyədək 7 dəfə üz-üzə gələn bu komandaların hər birininin aktivində 3 qələbə var. Cəzasını başa vuran təcrübəli qapıçı Canluici Buffon ilk dəfə PSJ-nin heyətində bu axşam Çempionlar Liqası matçına çıxacaq. Özü də vətəni İtaliyada. Son 2 matçda oynamayan “qol maşını” Edinson Kavani də zədəsini sağaldaraq heyətə dönüb. “Topaz”da canlı və “təkli” mərc edə biləcəyiniz bu maraqlı qarşılaşmanın əmsalları belədir: “Napoli”nin qələbəsi 2.70, heç-heçə 3.50, PSJ-nin qələbəsi 2.25.
D qrupunda “Qalatasaray” “Şalke” səfərində azı 1 xal qazanmağa məcburdur. Əks halda, “Cim-Bom”un pley-offa yüksəlmək şansı minimuma enəcək. Tərəflərin İstanbuldakı duelinin qolsuz başa çatdığını xatırladaq. Əzəli rəqibi “Fənərbaxça” ilə 4 gün əvvəlki derbinin yorgunluğu bəlkə də bu axşam “Qalatasaray”ın oyununda özünü göstərəcək. Amma digər tərəfdən “Şalke” də hazırda yaxşı günlər yaşamır. Helzenkirhenlilərin 4 əsas oyunçusu zədə səbəbindən bu axşam oynamayacaq. “Qalatasaray”da isə eyni vəziyyətdə olan 3 futbolçu var - Emre Akbaba, Naqotomo və Fernando. Eren Derdiyokun oynaması da sual altındadır. Əgər “Qalatasaray” 5 il əvvəl olduğu kimi yenə Helzenkirhendə qələbə qazanarsa, pley-offa doğru böyük bir addım atmış olacaq. Amma dünya bukmeker kontorları meydan sahiblərini bu dueldə aşkar favorit sayır. “Topaz”ın bu qarşılaşma üçün təklif etdiyi əmsallar: “Şalke”nin qələbəsi 1.45, heç-heçə 3.55, “Qalatasaray”ın qələbəsi 5.75.
Ümumiyyətlə, bu gün Çempionlar Liqası matçları da daxil “Topaz”da 67 oyuna mərc etmək imkanınız var. Bu görüşlərdən 32-si canlı mərcə açıq olacaq. ÇL-in 7 matçına isə “təkli” mərc edə bilərsiz. Çempionlar Liqası matçlarına “Topaz”la həyəcan qatın. 90 dəqiqəyə, canlı mərcdə isə hətta daha az müddətdə qazanmaq imkanı yalnız “Topaz”da verilir.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
10:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
-
12:06
“Roma” futbolçusunu Argentina millisinin düşərgəsinə buraxmır
-
11:41
“Mançester Yunayted” Kerriki istefaya göndərir
12.11.2026
11.11.2026
10.11.2026
























