Ölkə futbolu
“D”-də çabalamaqdan yuxuda diksinməyə qədər…
Yaxın keçmişdə milli komandamız ardıcıl beş qələbə qazanırdı, Belarus (evdə), Slovakiya (səfərdə), Qazaxıstan (evdə), Moldova (səfərdə) və Şimali Makedoniyanı (səfərdə) məğlub edirdi, razı qalmırdıq, nəticələrə ağız büzürdük. Yığmamız Millətlər Liqasının C Liqasında qrup ikincisi olurdu, narazılıq edirdik, indi Avropada milli səviyyəsində futbolun ən dibi hesab edilən D Liqasında FİFA reytinqində 149-cu olan Litva ilə görüşdə heç-heçəyə sevinirik... Halbuki yuxarıda adını çəkdiyim 5 kollektivdən 4-ü – Moldova xaric – FİFA reytinqində bizdən öndə idi...
Vaxt olub ki, Avropa çempionatının seçmə mərhələsində, rəsmi görüşdə millimiz Bakıda İsveçi 3:0 hesabı ilə məğlub edib, ona da mız qoymuşuq. Ki, bu oyunun heç bir əhəmiyyəti yoxdur. Guya dünənki Litva ilə matç həyati əhəmiyyət daşıyırdı axı... Onsuz da yeni mövsümdən UEFA Millətlər Liqasında D Liqası olmayacaq və biz də C Liqasında yarışacağıq...
Oyun olub ki, ilk hissədə Qazaxıstanla matçda 0:2 geri düşsə də, millimiz geridönüş edib və 3:2-lik qələbə qazanıb. Amma həmin vaxt yığmaya rəhbərlik edən Arif Əsədovun işinə ağız büzmüşük. Yox e, milliyə gərək Fernandu Santuş rəhbərlik edə. Axı o, bizə fövqəlnəticələr qazandıracaq. “Qazandırdı” və bu gün Azərbaycan yığması, yuxarıda da qeyd etdiyimiz kimi, milli səviyyəsində futbolun ən dibi hesab edilən D Liqasında çabalayır...
Qəribə adamlarıq e... Vaxt var idi AFFA-nın baş katibi Elxan Məmmədovu günün 25 saatı, həftənin 8 günü tənqid edirdik ki, niyə nəticə yoxdur. Niyə Azərbaycanda futbolçu yetişmir, niyə millimiz uğurlu nəticələr qazanmır, niyə qadın futboluna bu qədər diqqət ayrılır? İndi isə milli qələbə qazana bilməyəndə deyirik ki, Cahangir Fərəcullayev? Baş katib “priçom”?.. Bəlkə baş katib meydana çıxıb futbol oynamalıdır, bəlkə klubların yerinə futbolçuları baş katib yetişdirməlidir?
P.S. əvəzi onu da deyim ki, futbol beynimi necə qarışdırıbsa, qəribə yuxular görməyə başlamışam. Dünən gecə görürəm ki, milli ilə Lixtenşteyn səfərinə hazırlaşıram, evdən çıxmaq üzrəykən AFFA-dan zəng gəlir: “2 gün əvvəl filan yazınızda filan komitə sədri istefa verməlidir” cümləsinə yer verdiyiniz üçün adınız səfər siyahısından çıxarılıb, heç yana getmirsiniz...” Yerimdən dik atıldım e. Nəinki həyatda, yuxuda belə bu cür hadisə inanılmaz sayılır...
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
18:27
“Araz-Naxçıvan”ın 3 günlük istirahəti başa çatıb
-
18:00
Gəncədə bədii gimnastika üzrə açıq region birinciliyi keçiriləcək
-
17:38
“Mançester Siti”nin müdafiəçisi “Barselona”nın hədəfində
-
17:06
Azərbaycan Avropa çempionatını 4 medalla başa vurub
-
16:41
Boksçumuz Yeniyetmələrin Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb
-
16:19
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
-
15:51
“Mançester Yunayted” Kerriki istefaya göndərdi
-
15:25
Çində millinin futbolçularının döymə ilə meydana çıxması qadağan edildi
-
15:03
2032-ci ilin yayına kimi “Aston Villa”da
-
14:32
Azərbaycan millisinin bayraqdarları müəyyənləşib
-
13:44
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
-
13:17
AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
12.11.2026
11.11.2026
10.11.2026
























