12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Ölkə futbolu

Yeton Bekiri: “Daha yaxşı “Qəbələ” görəcəyik”

"Qəbələ"nin baş məşqçisi Yeton Bekiri “Karvan-Yevlax”la yoxlama oyunu barədə fikirləri bölüşüb.

Futbolxeber.az saytının məlumatına görə, Şimali makedoniyalı mütəxəssis 0:0 hesabı ilə başa çatan matçı belə şərh edib:

“Bu həftə çox çalışmışıq. Gündə iki dəfə məşqlərimiz olurdu. Bu səbəbdən komanda yorğun görünürdü. “Sumqayıt”la oyuna hazırlaşmağa hələ vaxtımız var. Bu matçda  əsas məqsədimiz gənc futbolçulara şans vermək, onların təzyiq altında necə oynadıqlarını müəyyənləşdirmək idi.

Mənim üçün ən vacibi futbolçuların çatışmazlıqlarını görmək idi. Bəzi futbolçular 30, bəziləri 25 dəqiqə oynadı. Əsas odur ki, görüşü zədəsiz başa vurduq. 4 futbolçumuz müxtəlif yaş qrupları üzrə milli komandaların düşərgəsindədirlər. Çox çalışıb vəziyyəti yaxşılaşdıracağıq.  Ümid edirəm ki, daha yaxşı komanda görəcəyik".

Yeton Bekiri heyətə yeni cəlb edilən braziliyalı hücumçu Rafael Utziqin durumunu da dəyərləndirib: “Bu gün Rafael Utziq təxminən 30 dəqiqə meydanda oldu. Çox keyfiyyətli futbolçudur. Hələ ki komanda ilə cəmi 2 məşqə çıxıb. Braziliyada fərdi məşqlər edib. 2-3 həftəyə ən yaxşı formasına yüksələcək”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30