Ölkə futbolu
Bir təbrikə dəymədi?..
Bu günlərdə Azərbaycan futbolunun ən parlaq simalarından olan İsgəndər Cavadovun 70 yaşı tamam oldu. Veteran futbolçu karyerası ərzində uzun illər “Neftçi”nin heyətində inamlı çıxışı ilə yaddaşlarda qalıb, Güclülər dəstəsində vurduğu 53 qolla SSRİ-nin 100 ən yaxşı bombardiri siyahısına düşüb.
Cavadov futbolçu karyerasını bitirdikdən sonra da Azərbaycanda futbolun inkişafına töhfə verib, uzun illər AFFA İcraiyyə Komitəsinin üzvü olub, hazırda Regional Futbol Federasiyasının prezidenti kimi çalışır. İsgəndər Cavadov daim ölkə rəhbərliyinin də diqqətində olub. Təsadüfi deyil ki, o, 2006-cı ildə “Şöhrət ordeni”, bir neçə gün əvvəl isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.
Bütün bunlar İsgəndər Cavadovun böyüklüyünü göstərir. Təbii ki, bu cür veteran futbolçunun 70 illik yubileyi də diqqətdən kənarda qala bilməzdi. Daha əvvəl qeyd etdiyimiz kimi, İsgəndər Cavadov bu günlərdə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. Ölkə Prezidenti cənab İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Sərəncama görə, o, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
İsgəndər Cavadov həm də uzun müddət prokurorluq orqanlarında xidmət edib. Bu səbəbdən də veteran futbolçunun 70 illik yubileyinin tamam olması ilə əlaqədar Baş Prokurorluğun inzibati binasında tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev çıxış edərək İsgəndər Cavadovu 70 illik yubileyi münasibətilə təbrik edib.
Cavadovun yubileyi uzun illər formasını geydiyi “Neftçi”nin də diqqətindən kənarda qalmayıb. O, bu günlərdə “Palms Sports” Futbol Mərkəzində olub. “Neftçi”nin baş icraçı direktoru Cenk Sümer və digər klub nümayəndələri ilə görüşən Cavadova 70 illik yubileyi münasibətilə xatirə hədiyyəsi təqdim edilib.
İsgəndər Cavadov Peşəkar Futbol Liqasının (PFL) da qonağı olub. O, PFL prezidenti Elxan Səmədovla görüşüb. E.Səmədov qonağa xüsusi xatirə hədiyyəsi təqdim edib.
Bütün bunları oxuduqdan sonra avtomatik sual yaranır: bəs AFFA? Axı İsgəndər Cavadovu həm də ölkənin futbol federasiyası təbrik etməli idi. Hətta bəlkə də hamıdan tez. Necə ola bilər ki, veteran futbolçunun yubileyi AFFA-nın diqqətindən kənarda qalsın? Özü də bu, ilk belə haldır. Çünki tarixə nəzər salsaq, buna qədər AFFA hər zaman İsgəndər Cavadovun yubileylərini təmtəraqla qeyd edib.
Veteran futbolçunun 55 illiyi münasibəti ilə Azərbaycan və SSRİ-nin veteranları arasında yoldaşlıq görüşü təşkil edilib. Həmçinin “ABU Arena”da təntənəli mərasim baş tutub.
Cavadovun 60 illik yubileyində onunla bağlı “№11 İsgəndər Cavadov” kitabı təqdim olunub, Gürcüstan futbolunun əfsanələri Aleksandr Çivadze və Vladimir Qutsayev kimi xüsusi qonaqlar tədbirə qatılıb.
Eləcə də 65 illikdə AFFA-nın o zamankı baş katibi Elxan Məmmədov veteran futbolçu təbrik edib.
Üstəlik, bütün bu illər ərzində hər yubileydən sonra AFFA-nın təşkilatçılığı, dövlət rəsmilərinin, veteranların, jurnalistlərin iştirakı ilə ziyafətlər təşkil olunub. Bəs indi? İsgəndər Cavadovun 70 illik yubileyi unuduldu? Bu cür hadisəni necə görməzdən gəlmək olar? AFFA-nın hazırkı baş katibi Cahangir Fərəcullayev qızlar liqasının püşkatmasına vaxt tapa bilir, İsgəndər Cavadovun yubileyinə yox? Maşallah, AFFA-nın hər departamentində az qala “nəzarətə nəzarət” səviyyəsində əməkdaş var, bir adamın yadına İsgəndər Cavadov düşmədi? AFFA rəhbərliyi, baş katib Cahangir Fərəcullayev bu qədər məşğuldur? Ölkənin baş prokurorluğunda veteran futbolçu ilə bağlı tədbir keçirilir, amma AFFA-da yox? Bəlkə assosiasiyanın baş katibi ölkənin baş prokurorundan daha məşğuldur?..
İsgəndər Cavadov sıradan biri deyil axı. Ölkədə neçə futbol adamı “Şöhrət” ordeninə layiq görülüb? Ələkbər Məmmədov, Anatoli Banişevski, Kazbek Tuayev, İsgəndər Cavadov, Qurban Qurbanov... Bir yandan da adam AFFA-dakıları qınaya da bilmir. Bəlkə də bu gün assosiasiyaya toplananların bir qismi heç İsgəndər Cavadovu tanımır da...
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
13:00
Güləşçimiz Qazaxıstanda keçirilən turnirin qalibi olub
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
-
12:06
“Roma” futbolçusunu Argentina millisinin düşərgəsinə buraxmır
-
11:41
“Mançester Yunayted” Kerriki istefaya göndərir
-
10:17
Yenidənqurmadan sonra Xankəndidə keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlandı
-
09:52
İslam Nəcəfquliyev və Vilayət Rəhimli beynəlxalq hakimlik dərəcəsi əldə ediblər
-
09:30
Azərbaycanın yeniyetmə cüdoçuları Yaponiyada təlim-məşq toplanışına başlayıblar
-
22:06
“Sumqayıt”ın legioneri milliyə dəvət aldı
-
21:44
Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib
-
20:23
“Araz-Naxçıvan”ın müdafiəçisi əməliyyat olunub
-
19:35
AFFA-dan milli üzvünün hərbi xidmətə aparılmasına münasibət: “...açıqlama veriləcək”
-
18:52
Ağadadaş milliyə dəvət aldı
-
17:11
Krivotsyuk 90 dəqiqə oynadı
-
16:49
Zirədə Dövlət Bayrağı Gününə həsr olunan aksiya keçirilib FOTOLENT
-
16:27
Babək Quliyev UEFA-dan təyinat alıb
-
16:00
Azərbaycan millisi Olimpiya çempionu oldu
-
15:36
Yağışa görə II Liqanın oyunu təxirə salındı
-
15:14
"Trabzonspor" səfərdə sevindi VİDEO
-
14:48
Millimizin üzvü "Basketball Without Borders" proqramında iştirak edəcək
-
14:23
"Beşiktaş" 3 xalı 3 qolla qazandı VİDEO
-
13:55
Viçko Şevel: “Bu, sadəcə ilk dövrədir”
-
13:31
"Fənərbaxça"dan darmadağın VİDEO
-
13:19
Yunuszadə ehtiyatda qaldı, komandası uduzdu
11.11.2026
10.11.2026
09.11.2026
























