3 Noyabr 2026, Çərşənbə axşamı
“Qarabağ” 4500 manat cərimələndi
Kandido: “Nəticə ilə barışmalıyıq”
"Sumqayıt" autsayderlə heç-heçə etdi
“Neftçi” liderliyi ələ keçirdi

Ölkə futbolu

PFL sponsorluqla bağlı 3-4 şirkətlə danışıqlar aparır

Peşəkar Futbol Liqası (PFL) hazırda Azərbaycan kubokunun sponsoru olmaq istəyən 3-4 şirkətlə danışıqlar aparır.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri PFL-in texniki-idman direktoru Elgiz Abbasov bildirib.

O, bu haqda suala cavabında deyib: “Püşkatmadan öncə yekun detalları PFL-in media və marketinq departamentinin direktoru Sənan Abdullayevlə də müzakirə etdik. Hazırda 3-4 şirkətlə aktiv danışıqlarımız davam edir. Ümid edirik ki, müsbət nəticə əldə edəcəyik. Bəzi şirkətlərə biz müraciət etmişik. Lakin elə şirkətlər də var ki, onlar özləri bizə müraciət ediblər. Seçimimiz elə şirkət olmalıdır ki, Azərbaycan kubokunun adını özündə yaxşı şəkildə ehtiva edə bilsin. Danışıqlar gedir. Tələsmirik deməzdim. Çünki biz də bu prosesin tez bir zamanda yekunlaşmasını istəyirik ki, finalla bağlı müvafiq layihələrimizin icrasını planlaşdıraq”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30