Ölkə futbolu
Həsənovun “unutduğu” epizod
AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Premyer Liqasının 5-ci turunda qeydə alınan mübahisəli epizodlarla bağlı fikirlərini bildirib. O, "Kəpəz" - "Qəbələ" və "Araz-Naxçıvan" - "Turan Tovuz" görüşlərindəki məqamları dəyərləndirib. Həsənov "Turan Tovuz"un qapısına 86-cı dəqiqədə təyin edilən və qolla nəticələnən penalti epizodu zamanı baş hakim Elçin Məsiyevin səhvə yol verdiyini etiraf edib. Referinin VAR-a baxdıqda sonra penalti qərarını ləğv etməli olduğu bildirilib.
Komitə sədrinin hakimin səhvinə bəraət qazandırmaması, həqiqəti etiraf etməsi müsbət məqamdır. Lakin Rəhim Həsənovun şərhində bir məqam diqqətimizi çəkdi. Belə ki, komitə sədri şərhində nədənsə turun mərkəzi matçı – “Zirə” - “Qarabağ” matçını “unutdu”. Halbuki həmin görüşdə də şərh oluna biləcək məqam var idi. Söhbət matçın 70-ci dəqiqəsindəki epizoddan gedir. Belə ki, “Qarabağ”ın müdafiəçisi Bense Varkonyi rəqib hücumçu İssa Cibrilanın qarşısını kəsməyə çalışarkən ayağı ilə onun başına zərbə endirir. Matçın baş hakimi Rəşad Əhmədov bu epizodda sarı vərəqə ilə kifayətlənir. “Zirə” tərəfi buna etiraz etsə də, VAR-dan hər hansı müdaxilə gəlmir. Görünür, “Qarabağ”ın digər müdafiəçisi Mateus Silvanın epizoda yaxın olması səbəbindən referi qırmızı deyil, sarı vərəqə göstərir. Heç biz də bu epizodda qırmızı vərəqə olduğunu iddia etmirik. Sadəcə maraqlı olan Rəhim Həsənovun bu epizodu görməzdən gəlməsidir. Sabiq referi ən azı epizodu şərh edə, Rəşad Əhmədovun düzgün qərarını qaydalarla əsaslandıra bilərdi. Lakin görünən odur ki, Rəhim Həsənov özünü əziyyətə salmaq istəməyib. Bu epizodu heç şərh etməyə belə ehtiyac duymayıb. Maraqlıdır ki, bu görüşün hakim-inspektoru Rəhim Həsənovun özü idi. Yəqin ki, komitə sədri bununla özünün olduğu oyunda hər hansı narazılıq yaşanmadığı bildirmək istəyib. Nə deyək...
Yeri gəlmişkən, Rəhim Həsənovu Zirədə görərkən yadıma Hakimlər Komitəsinin sabiq sədri Xaqani Məmmədovun bir sözü düşdü. Belə ki, Məmmədov xələfi, türkiyəli Barış Şimşekin AFFA Hakimlər Komitəsinin sədri ola-ola Azərbaycan Premyer Liqasının oyunlarına hakim-inspektor kimi təyinat almasına etiraz edirdi. Görəsən, Xaqani bəy keçmiş tələbəsi olan Rəhim Həsənov barədə də eyni fikirdədir?..
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Səbail” yoxlama oyununda 5 qollu qələbə qazandı
- “Qarabağ” çempion olmaq istəyir”
- “Qarabağ” "Zirə”yə qalib gəldi
- Elvin Bədəlov: “Xeyr, biz D Liqasına layiq deyilik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- “Neftçi” “Araz-Naxçıvan”ı məğlub etdi
- Kandido: “Qələbəyə layiq idik”
- Mahir Emreli: “İllər keçəcək, bu nəticə ayıbımız kimi yadda qalacaq”
- U-20 millimiz Moldovaya uduzdu
-
22:15
Asiya Kuboku: Cüdoçularımız 5 medal qazanıblar
-
21:48
Dadaşovun komandasının oyunu yarımçıq saxlanıldı
-
21:00
"Böyük Dəbilqə": Kokauri gümüş medal qazandı
-
20:54
Bekiri: "1 xal qazanmağa layiq idik"
-
20:37
"Qəbələ" - "Qarabağ" matçında heç-heçə VİDEO
-
20:19
Qurbanov: “Yüz faiz cəzalanacaqlar”
-
20:12
Qurban Qurbanov adının “Fənərbaxça” ilə hallanmasına münasibət bildirdi
-
19:23
"Zirə” də xal itirdi, "Qarabağ" da
-
19:06
"Araz-Naxçıvan" qələbəni əldən verdi VİDEO
-
18:15
Abşeron-Xızı cüdo çempionatının qalibləri bəlli olub
-
17:41
“İki xal itirməsəydik, yaxşı olardı”
-
17:28
Rəşad Sadıqov: “Azərbaycan futbolunda ilk dəfə idi belə halla qarşılaşırdıq, o da bizim başımıza gəldi"
-
16:54
"Qəbələ" - "Qarabağ": Heyətlər müəyyənləşdi
-
15:47
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"
-
14:39
“Barselona” “El-Klasiko”dan rekord gəlir əldə edib
-
14:00
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər açıqlandı
-
13:12
30 illik nağıl
-
12:56
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş keçirilib
-
12:23
"Sumqayıt" hazırlıqlarını davam etdirir FOTOLENT
-
11:45
Futbolun İnkişaf Fondu 10 yaşında
-
11:08
PSJ-dən 5 qollu qələbə VİDEO
-
10:34
İsa Suliman: “Kapitan sarğısının mənə verilməsi klubun jesti idi”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:17
"Qalatasaray"dan darmadağın VİDEO
-
23:09
"Turan tovuz" 3 xalı 3 qolla qazandı VİDEO
-
22:51
Azərbaycan cüdoçusu İtaliyada Avropa çempionu olub
-
21:44
Prezident İlham Əliyev İspaniya millisini belə mükafatlandırdı FOTOLENT
-
21:17
Kurban Berdıyevdan qələbə şərhi
-
20:25
“Turan Tovuz” “Sabah”ı məğlub etdi
-
19:36
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
-
19:00
İspaniya millisi Bakıda dünya çempionu oldu
-
18:42
II Liqada həftənin hakimləri
-
18:05
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
-
17:18
Tovuzda heyətlər açıqlandı
-
16:59
Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
-
16:33
Zəngilanda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
-
15:24
Sabiq “Sumqayıt”lı Hindistan klubunda
-
14:41
AMADA antidopinq təhsilində süni intellektin tətbiqi ilə bağlı beynəlxalq vebinarda təmsil olunub
-
14:15
Dünya çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi yarımfinala vəsiqə qazanıb
-
13:57
Famil Xəlilov: “Əsas işi klublar görməlidir”
-
12:36
DÇ: Millimiz Əfqanıstana uduzdu, 84-cü oldu
-
12:00
"Kəpəz" "Turan Tovuz"un rekordunu yeniləyib
-
11:25
Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
-
11:12
“Marafon”dan ilk
-
10:48
Denis Marandiçi: “Ağır zədədən sonra mübarizələrdən qorxmuram”
-
10:23
Ronaldo het-trik etdi VİDEO
-
10:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:54
Zamiq Əliyevin komandası liderliyə yüksəldi
-
09:31
"Fiorentina" - "Atalanta" matçında 4 qol VİDEO
-
09:17
Cüdoçularımızın Avropa çempionatındakı ilk rəqibləri müəyyənləşib
31.10.2026
30.10.2026
Arxiv
| Noyabr 2026 |
| B.e | Ç.a | Ç | C.a | C | Ş | B |
| 01 | ||||||
| 02 | 03 | 04 | 05 | 06 | 07 | 08 |
| 09 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |
























