1 Noyabr 2026, Bazar günü
Bekiri: "1 xal qazanmağa layiq idik"
Qurbanov: “Yüz faiz cəzalanacaqlar”
"Zirə” də xal itirdi, "Qarabağ" da
“İki xal itirməsəydik, yaxşı olardı”

Ölkə futbolu

Varkonyi: “Qarabağ”a gəlmək böyük dəyişiklik idi”

“Qarabağ”ın müdafiəçisi Bense Varkonyi ilk dəfə Macarıstan millisinə dəvət almasından danışıb.

Futbolxeber.az saytının məlumatına görə, baş məşqçisi Marko Rossi 24 yaşlı futbolçunu sentyabr-oktyabr aylarında keçiriləcək Millətlər Liqası oyunları üçün yığmaya çağırıb.

Bu yay "Zalaegerseq"dən "Qarabağ"a keçən Varkonyi m4sport.hu saytına açıqlamasında həm transferi, həm də milliyə dəvət almasından söz açıb.

O, “Qarabağ”a keçidinin böyük dəyişiklik olduğunu bildirib: “Əlbəttə, xaricə, xüsusilə də Bakıya gəlmək böyük dəyişiklik idi. Amma bunu etdiyimə və belə imkanım olduğuna görə sevinirəm. Komandada ilk andan mənə güvəndilər. Təəssüf ki, avrokubokların əsas mərhələsinə yüksələ bilmədik. Amma yenə də vacib təcrübə qazana bildim”.

Macarıstanlı müdafiəçi bildirib ki, karyerasında heç vaxt aşağı yaş qrupları üzrə milli komandalara çağırılmayıb. Onun sözlərinə görə, bu, əsas milliyə düşmək üçün yeniyetmə yaşlarında yığmada oynamağın mütləq şərt olmadığını göstərir.

“Hesab edirəm ki, hər hansı idmana başlayan hər kəsin məqsədi nə vaxtsa milli komandada debüt etməkdir. Mənim aşağı yaş qrupları üzrə millilərdə oynamaq imkanım olmadı. Amma buradan da görünür ki, 15-16 yaşında milli komandada olub-olmamağın mütləq əhəmiyyəti yoxdur. Hər kəsin öz yolu var. Görünür, mənim yolum da belədir”, - deyə o bildirib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30