25 Oktyabr 2026, Bazar günü
Kurban Berdıyev: “Xal itirdik”
“Neftçi” qələbəni əldən verdi
DÇ: Millimizdən darmadağın
“Qəbələ” və “Zirə” qalib gəldi

Ölkə futbolu

Maykl Karrik “Sabah”la oyundan danışdı

“Mançester Yunayted”in baş məşqçisi Maykl Karrik UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Sabah”la keçiriləcək oyun öncəsi mətbuat konfransında iştirak edib.

Futbolxeber.az saytının məlumatına görə, ingiltərəli mütəxəssis Azərbaycan təmsilçisini yaxşı tanıdıqlarını və rəqibin güclü tərəflərinin fərqində olduqlarını bildirib:

“Onlar çox yaxşı məşqçi tərəfindən çalışdırılan komandadır. Çox oyunlarda qalib gəliblər və özlərinə inamlıdırlar. Komanda şəklində yaxşı pressinq edirlər. Buna görə də hansı rəqiblə qarşılaşacağımızı bilirik”.

O, “Sabah”la görüşdə mümkün rotasiyaya da münasibət bildirib:

“Məhz buna görə geniş heyətimiz var. Rəqiblərin müəyyən güclü tərəflərinə və fərqli oyun üslublarına uyğunlaşmalıyıq. Cümə axşamı, sonra çərşənbə günü oynayacağıq. Əsas məsələ heyəti düzgün idarə etmək və futbolçularımıza güvənməkdir. Oynamağa hazır olan hər kəs meydana çıxa bilər”.

“Mançester Yunayted”in baş məşqçisi Çempionlar Liqasının onun üçün xüsusi turnir olduğunu bildirib:

“Bu, sehrli turnirdir. Biz məhz burada olmaq istəyirik. Bu fürsətdən maksimum yararlanmaq niyyətindəyik. İllər ərzində bu turnirdə xüsusi gecələrin şahidi olmuşuq. Ən yaxşılarla qarşılaşaraq özünü sınamaq üçün ən yaxşı yarışdır. Burada olduğumuz üçün çox şadıq, amma bura sadəcə bu anın dadını çıxarmaq üçün gəlməmişik. Biz bura işimizi görməyə gəlmişik”.

Xatırladaq ki, “Mançester Yunayted” - “Sabah” oyunu sentyabrın 10-u “Old Trafford”da keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31