Ölkə futbolu
AFFA-nın “yad balaları” və ya “Şəfa”lı dejavü...
Dünən “Sabah” klubunun 9 yaşı tamam oldu. Təbii ki, belə bir əlamətdar gündə klubun rəsmi, qeyri-rəsmi sosial media hesablarında təbrik yayımlanması normaldır. Lakin dünənin ən gözlənilməz təbriki AFFA-dan gəldi. İndi bu cümləni oxuyub kimsə “assosiasiyanın bir klubu təbrik etməsində qeyri-adi nə var ki” sualını ünvanlaya bilər. Məsələ ondadır ki, birincisi, 9 yaş xüsusi bir yubiley deyil. 10, 50, yaxud 100 olsaydı, bunu hardasa başa düşmək olardı, bu, normal qarşılanardı. 9 yaş nə vaxtdan qeyri-adi ad günü hesab olunur?
İkincisi də, daha əvvəl buna bənzər təbrik görməmişik. Çox uzağa getməyək, sentyabrın 1-də “Qəbələ” klubunun 21 yaşı tamam olurdu. Amma nədənsə assosiasiya “Qəbələ”ni təbrik etmədi. Halbuki “qırmızı-qaralar” daha əvvəl yaranıb, bu 21 ildə də az uğur qazanmayıb. Yeri gəlsə, infrastrukturuna, yetirmələrinə görə “Qəbələ”nin Azərbaycan futboluna faydası “Sabah”dan qat-qat çox olub. “Qəbələ” başqaları kimi “hər şeyə hazıra nazir” olmayıb. Gəl ki, “qırmızı-qaralar”ın 21 yaşını görməzdən gələn AFFA “Sabah”ın 9 yaşında canfəşanlıq edir. Məcazi mənada desək, AFFA Azərbaycan futbolunun atasıdırsa, klublar da onun övladlarıdır. 21 yaşlı övladını təbrik etməyib, 9 yaşlı uşağının ad günündə əldən-ayaqdan gedən ata təsəvvür edirsiniz?
Dəfələrlə yazmışıq, “təkrar biliyin anasıdır” prinsipini əsas tutaraq, bir daha qeyd edirik ki, bu gün AFFA “Sabah”, “Sabah” da AFFA deməkdir. Klubun rəsmi, qeyri-rəsmi rəhbər şəxsləri assosiasiyada da yüksək post tuturlarsa, başqa necə olmalıdır ki?
AFFA-nın “Sabah” sevgisi özünü hər sahədə göstərir. Məsələn, bu gün Bakıda əksər stadionlar "Sabah”ın balansındadır. Masazırda stadionu, Şüvəlanda bazası olan komandaya bunlar dar gəldi. Nəticədə əvvəlcə “Bayıl Arena”, daha sonra Mərdəkandakı “Dalğa Arena” “Sabah”ın balansına keçdi. İlahi, bir klubun neçə stadionu olar? Yaxud bu qədər stadion kimə, nəyə lazımdır? Bu gün istəyərək, yaxud istəməyərək Bakıda məskunlaşmış “Zirə”, “Şəfa”, “Səbail”, “Araz-Naxçıvan”, “İmişli” kimi klublar məşq etməyə meydança tapmırlar, hamı Bakı Olimpiya Stadionunun məşq meydançalarına lövbər salıb, növbəsini gözləyir, “Sabah”ın isə balansında 4 stadion var. Bu, nə dərəcədə ədalətlidir? Yaxud bu şəkildə ölkə futbolunun inkişafından necə danışa bilərik?
Deyəsən, dejavü yaşayırıq axı. Sanki 2000-ci illərin əvvəlinə qayıtmışıq, bir tərəfdə Fuad Musayev var, digər tərəfdə “Şəfa”... Təki, sonluq 25 il əvvəlki kimi olmasın...
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
23:33
Ehtiram Quliyev: “Bu gün bir xal qazanmadıq, iki xal itirdik”
-
23:00
Prezident milli üzvləri ilə görüşdü: “Bütün qollar bir-birindən gözəl idi” FOTOLENT
-
22:14
Vernidub: “Bunu həzm edib, irəliyə baxmaq lazımdır”
-
21:49
"Neftçi" - "Turan Tovuz" matçında 2 qol, 1 qırmızı vərəqə VİDEO
-
21:22
Kurban Berdıyev: “Xal itirdik”
-
21:07
İki güləşçimiz dünya çempionatının finalında
-
20:56
“Neftçi” qələbəni əldən verdi
-
20:51
DÇ: Millimizdən darmadağın
-
20:38
"Kəpəz"dən əzmkar qələbə VİDEO
-
20:25
Bakıda U-15 dünya çempionatının açılış mərasimi keçirilib
-
18:13
"Neftçi" - "Turan Tovuz": Heyətlər açıqlandı
-
15:59
Şahmatçılarımız Avropa Kubokunda 2 medal qazanıblar
-
14:04
Emil Mustafayev: “Təzyiq yox, motivasiya var idi”
-
13:42
FİFA və AFFA rəsmiləri Hövsan Yarış Kompleksində
-
13:27
Azərbaycan taekvondoçusu beynəlxalq turnirdə gümüş medal qazanıb
-
12:51
Kişi voleybolçular arasında Super Liqada yeni mövsümə start verilib
-
11:36
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:18
"Torino" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:00
Dimitri Leqbo: “Sumqayıt”ın bu cür inamlı oyununa hazır idik”
-
10:45
"Ştudqart" öz meydanında uduzdu VİDEO
-
10:23
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha 2 medal qazanıblar
-
10:09
"Kocaelispor"dan səfər qələbəsi VİDEO
-
09:54
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
-
09:32
Kökçü sevindi, Yunuszadə məyus oldu
-
09:17
Cəlalın komandasından səfər qələbəsi
-
23:18
“Neftçi” “Turan Tovuz”la oyunun hazırlığını başa vurdu
-
22:55
Leandro Andrade “Polesye”də növbəti qolunu vurdu
-
22:26
Zirədə dramatik oyun VİDEO
-
22:03
Rəşad Sadıqov: “Bu gün uduzsaydıq, təəccüblənməyəcəkdik”
-
21:49
Filipe Kandido: "Sayılmayan qolumuzda ofsayd yox idi"
-
21:12
Azərbaycan çempionatları tarixində 15000-ci qol
-
20:54
“Qəbələ” və “Zirə” qalib gəldi
-
19:37
3 boksçumuz Avropa çempionatının finalında
-
19:21
"Araz-Naxçıvan" - "Qəbələ" matçında 3 qol VİDEO
-
18:58
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
-
18:45
Bekiri: “Qələbə çox vacib idi”
-
18:16
“Zirə” - “Sumqayıt”: Heyətlər müəyyənləşdi
-
17:33
Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə növbəti imtahan keçirilib
-
17:09
Voleybol millimiz Polşa ilə bacarmadı
-
16:42
Keyn mövsümün ən yaxşısı seçildi
-
16:27
Qitələrarası Kubokunun finalının yeri və vaxtı bilindi
-
16:00
İsa Suliman “Sumqayıt”ın U-15 komandasının məşqində iştirak edib VİDEO
-
15:15
"Şəfa"nın baş məşqçisi 5 oyunluq cəzalanıb
-
14:41
Arsen Venger Hövsan Yarış Kompleksində olub
-
14:24
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
-
14:06
Hövsan dünya çempionatına tam hazırdır
-
13:53
AFFA klub rəhbərini 4 oyunluq cəzalandırdı
-
13:39
Füzuli Məmmədov fərqi və ya 6 xallıq qələbə
-
13:12
"Real" Arda ilə yeni müqavilə imzaladı
-
13:00
İnfantino: "Azərbaycan və Özbəkistan dünyanın ən yaxşı gənc futbolçularını qarşılamağa hazırlaşır"
24.10.2026
23.10.2026
























