4 Oktyabr 2026, Bazar günü
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi

Ölkə futbolu

“Qarabağ” - “Tvente” oyununun biletləri artıq satışdadır

UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Tvente” (Niderland) qarşılaşmasının biletləri satışdadır.

Futbolxeber.az saytının məlumatına görə, standart biletlərin qiymətləri 5, 10, 15 və 20 AZN, VIP sektorlar 50, 75 və 100 AZN, VVIP sektorlar isə 150 AZN-dir.

VVIP sektora bilet əldə etmiş azarkeşlər üçün həmin zonada çay süfrəsi təqdim olunacaq.

Biletləri yalnız iTicket.az-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə əldə edə bilərsiniz.

Onlayn bilet alışı zamanı çətinlik yaranarsa, azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK Fan Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilərlər.

Stadiona giriş yalnız etibarlı QR kodlu biletlə mümkündür.

Qeyd edək ki, “Qarabağ” - “Tvente” oyunu avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31