4 Oktyabr 2026, Bazar günü
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi

Ölkə futbolu

“Şahdağ-Qusar”dan növbəti qələbə

Yeni mövsümün hazırlıqlarını Şamaxıda davam etdirən “Şahdağ-Qusar” bu gün növbəti yoxlama oyununu keçirib.

Futbolxeber.az saytının məlumatına görə, Füzuli Məmmədovun komandası II Liqa təmsilçisi “Marafon”la üz-üzə gəlib.

Matç Qusar klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Şahdağ-Qusar”ın heyətində Messias və Əsədov fərqləniblər.

Xatırladaq ki, Füzuli Məmmədovun komandası yoxlama matçlarında qələbələri sıralayır. Komanda buna qədər “Mingəçevir”i 3:0, “Qarabağ-2” və “Sabah-2”ni 4:0 hesabı ilə məğlub edib. Qusar təmsilçisi yalnız “Neftçi”yə məğlub olub - 1:3.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31