15 Noyabr 2026, Bazar günü
U-21 yığmamız Omanı məğlub etdi
Rövşən Nəcəf millimizi təbrik etdi
Millimiz Lixtenşteynə qalib gəldi
Krivostyuk heyətdən çıxarıldı

Ölkə futbolu

“Qarabağ”ın “Tvente” ilə oyunlarının hakimləri açıqlandı

“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsində “Tvente”yə qarşı keçirəcəyi oyunların hakimləri müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, Enshededə keçiriləcək ilk oyununu albaniyalı hakimlər idarə edəcək.

Qarşılaşmanın baş hakimi Yucin Caya olacaq. Ona həmyerliləri Rejdi Avdo və Mario Şazivari kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Emanuela Rusta yerinə yetirəcək. VAR-da italyan Canluka Aureliano, AVAR-da albaniyalı Albert Doda olacaq.

Qarşılaşma avqustun 20-də, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Bakıda keçiriləcək cavab matçı isə Norveçdən olan hakimlər briqadasına tapşırılıb.

FIFA referisi Rohit Saqqiyə həmyerliləri Anders Olav Dale və Ole Andreas Haukasen kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Marius Hansen Qrotta yerinə yetirəcək. VAR-da Kristoffer Haqenes, AVAR-da avstriyalı Alan Kijas olacaq.

"Qarabağ" - "Tvente" oyunu avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30