12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Ölkə futbolu

"Sabah"ın "Hapoel"lə oyunlarının məkanı və saatı açıqlandı

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Sabah"ın İsrailin "Hapol"lə (Ber-Şeva) klubu ilə oyunlarının vaxtı və məkanı açıqlanıb.

Futbolxeber.az-ın UEFA-nın saytına istinadən verdiyi məlumata görə, komandaların ilk qarşılaşması avqustun 19-da Rumıniyanın paytaxtı Buxarestdəki "Culeşti" stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xatırladaq ki, İsrail klubları Yaxın Şərqdə davam edən münaqişə səbəbindən avrokuboklardakı ev oyunlarını neytral meydanda keçirirlər.

Komandalar arasında cavab matçı isə avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq və saat 20:45-də başlayacaq.

Masazırdakı "Bank Respublika Arena" UEFA-nın 3-cü dərəcəsinə aid olduğuna görə "Sabah" pley-off matçını orada keçirə bilmir.

Artıq ən azı Avropa Liqasının Liqa mərhələsini təmin edən "Sabah"ın növbəti oyunlarını isə harada keçirəcəyi hələlik dəqiqləşməyib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30