Ölkə futbolu
Qurban Qurbanov: “Yaxşı nəticə qazanmaq istəyiriksə, texniki səhvlər azalmalıdır”
"Qarabağ" UEFA Konfrans Liqası III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində sabah Bakıda Kiyev "Dinamo"sunu qəbul edəcək.
Futbolxeber.az saytının məlumatına görə, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıırıb:
- Öncə dünənki qələbə münasibətilə "Sabah"ı təbrik edirəm. Onlara Çempionlar Liqasında uğurlar arzulayıram. Böyük uğurdur. Buna ancaq sevinməliyik. Özümüzə gəldikdə, pis hazırlaşmamışıq. Bir neçə gün vaxtımız oldu, səmərəli istifadə edə bildik. Hesabda 0:1 geridə olsaq da, çalışacağıq ki, yaxşı nəticə əldə edək. İnanıram ki, futbolçular oyuna tam köklənəcəklər. Qarşımızda yaxşı müdafiə olunan rəqib var. Amma inanıram ki, yaxşı nəticə üçün futbolçular ən yaxşısını edəcəklər.
- "Dinamo"ya qarşı ilk oyuna pis başlamamışdınız. Sonradan fərdi səhvlər oldu. Bunların səbəbi nədir?
- Səbəblər var. Çox da rotasiya etməmişdik. Hücum xəttində etmişdik. Cəbrayıl Makrekkis ilk dəfə əsas heyətdə idi. Əvvəlki oyunlarda özünü pis tərəfdən göstərməmişdi. Oyunun gedişatında da pis deyildi. Sadəcə ola bilər ki, daha aktiv olmaq lazım idi. Rəqib sənə səhv etməyə şərait yaradır. Bəzən oyunun tempi aşağı olanda səhvlər olur, bəzən rahat davranırsan. Temp aşağı olanda rəqib sənə daha tez yaxınlaşır. Bu da səbəb ola bilər. Hər bir halda, səhvləri aradan qaldırmalıyıq. Yaxşı nəticə qazanmaq istəyiriksə, texniki səhvlər azalmalıdır. Təcrübəli oyunçular üçün futbolun dili birdir.
- Komanda 3 oyundur qol vura bilmir. Bu, hər hansı psixoloji basqı yaratmır?
- Yaradır. Desəm ki, yaratmır, düzgün olmaz. İllərboyu bu işin içindəyəm və bunu normal qarşılayıram. Futbolçular nə qədər keyfiyyətli oynasalar, o qədər inamlı olurlar. Qol vurmamaq istənilən komandada olur. Bunu aradan qaldırmağa çalışırıq. Komandalar bizə qarşı çox yaxşı müdafiə olunurlar. Qol vurmaq üçün daha artığını etməliyik. Bir az da öz planımızdan kənarda qaldıq. Zədə, bəzi oyunçuların tam hazır olmaması... Hər şey yoluna düşəcək.
- İlk matçda hücumda Aleksey Kaşuk oynayırdı...
- Kaşukun ən üstün cəhəti vuran ayağıdır. Onun qol vurmaq qabliyyəti yaxşıdır. Məşqlərdə də ən sərrast oyunçulardan biridir. Sadəcə ola bilər ki, o mövqe onun üçün bir qədər də uyğun deyil. Duruma görə belə addım atdıq. Sabah üçün yenə götür-qoy edirik. Amma ümumi götürsək, oyunçular arasında fiziki cəhətdən ən hazırlıqlı odur. Sefas da var, o mövqedə oynaya bilər. Sabah hansısa rotasiyalar edəcəyik. Buna baxmayaraq, Kaşuk bir neçə qol epizoduna girdi, sadəcə istifadə edə bilmədi. Fikrimizi yayındıracaq halda deyilik.
- Abdullah Zubirin "Qarabağ"dan gedəcəyi ilə bağlı şayiələr yayılıb...
- Hər dəfə deyirəm ki, cavab verməyə ehtiyac yoxdur. Sabahkı oyuna hazırlaşırıq.
- 51 künc zərbəsindən yararlana bilməmisiniz. Bunu problem kimi qəbul edirsiniz?
- Problem varsa, hamısını qəbul edirəm. Standart vəziyyətlərdən qol vura bilmiriksə, problem qəbul edirəm. Amma o demək deyil ki, bunun üzərində işləmirik. Məşqlərdə istifadə edirik. Ola bilər ki, hansısa anda alınmır. Bəlkə də hansısa dönəm əksi olacaq. Küncdən zərbədən xeyli qollarımız var. Problem varsa, bunu niyə qəbul etməməliyəm? Ən yaxşı vaxtımızda da problemimiz olub.
- Cəbrayıl Makrekkis "Dinamo" ilə oyunda qırmızı vərəqə ilə cəzalandırıldı və ona sakit yanaşdınız. Amma xatırlayıram, vaxtı ilə Kevin Medina və Miçel Madeyra qırmızı vərəqə ilə meydandan qovulanda onlara çox sərt reaksiya vermişdiz. Bu, onu göstərir ki, ilk matçda artıq gedişatla razılaşmışdınız, yoxsa illər sizi daha səbirli edib?
- İnanın ki, illər məni səbirdən çıxarıb (gülür). Yavaş-yavaş səbrim tükənir. Orada oyun epizodları var. Futbolçu üçün gözlənilməz qırmızı vərəqədir, rəqibi görmürsən, səni qabaqlayır. Bu cür epizodlarda penalti də olur. Həmin epizod fərqli idi. Miçel və Kevin Medina? Medina Ağadadaş Salyanskiyə qarşı sərt oynamışdı. Ona görə əsəbləşmişdim. Miçelə nə qədər əsəbləşsəm də, ən çox sevdiyim oyunçulardan biri olub. Məşqlərdə də çox danışırdı, işini 100 faiz yerinə yetirirdi. Ona bildirmişdim ki, qarşıda vacib oyun var, vərəqəyə diqqətli yanaşmalıyıq. Miçelə ona görə əsəbləşmişdim. Adam bəzən sadə epizdolara görə əsəbiləşir (gülür).
- Sizə elə gəlmir ki, Zubir mərkəzdə oynayanda daha az effektiv olur? Komandada Kadi Borges və Montiel var ki, daha çox effekt verə bilərlər...
- Bilirsiz, bu sual haqda oynamayan oyunçular düşünməlidir. Hansı ki, məhz o mövqedə çıxış edirlər. Onlar düşünməlidir ki, o mövqenin oyunçusu ola-ola oynamırlar, başqa mövqeyin oyunçusu orada oynayır. Amma Zubirdən həmişə sol vinger kimi effekt görmüşük. Hər bir halda, istənilən komandada, istənilən oyunda 1-2 rotasiya ola bilir.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
10:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
-
12:06
“Roma” futbolçusunu Argentina millisinin düşərgəsinə buraxmır
-
11:41
“Mançester Yunayted” Kerriki istefaya göndərir
12.11.2026
11.11.2026
10.11.2026
























