11 Noyabr 2026, Çərşənbə
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Ölkə futbolu

"Orxus"un futbolçusu: "Oyunumuz çox bərbad idi"

"Nə deyəcəyimi bilmirəm. Oyunumuz çox bərbad idi, deyiləsi başqa bir şey də yoxdur".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Danimarkanın "Orxus" klubunun üzvü Yens Yönsson UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Sabah"la cavab matçından sonra "Viaplay"a açıqlamasında deyib.

Danimarkalı yarımmüdafiəçi Bakıda 0:4 hesabı ilə uduzduqları matçı belə şərh edib: "Belə səhvlər baş verə bilər və bu gün təəssüf ki, onların cəzasını ağır ödədik. Əlbəttə, bu, kifayət qədər yaxşı durum deyil. Amma məncə, əsas məsələ oyunun ümumi gedişində necə oynamağımızdır. Biz həddindən artıq geri çəkilirik və sonra oyunumuzu qura bilmirik. Bunu bacardığımız bir neçə epizodda kifayət qədər vaxtımız olur və yaxşı oynayırıq. Həmin vaxt rəqiblə başabaş oynamaq mümkündür və əslində onlar da bundan daha güclü deyillər. Amma mən burada barmaq uzadıb kimisə günahlandırmaq fikrində deyiləm. "Sabah" indicə bizi 4:0 hesabı ilə darmadağın edib".

Xatırladaq ki, Danimarkada 1:2 hesabı ilə uduzan "Sabah" Bakıdakı qarşılaşmada 4 cavabsız qolla pley-off mərhələsinə yüksəlib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30