3 Noyabr 2026, Çərşənbə axşamı
“Qarabağ” 4500 manat cərimələndi
Kandido: “Nəticə ilə barışmalıyıq”
"Sumqayıt" autsayderlə heç-heçə etdi
“Neftçi” liderliyi ələ keçirdi

Ölkə futbolu

Ehtiram Quliyev: “Keçmişdə nələrin baş verdiyi haqqında düşünmürük”

“Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev klubun avrokuboklardan uzaqlaşdırılması barədə UEFA qərarına ilk dəfə münasibət bildirib.

Futbolxeber.az saytının məlumatına görə, o bu barədə jurnalistlərə danışıb:

"Biz keçmişdə nələrin baş verdiyi haqqında düşünmürük, bu gün xoş şeylər barədə danışmaq istəyirik. Keçmişə çox boylansaq, elə orada da qalarıq. Bizim yolumuz ancaq irəliyədir. Bu tədbirin əsas mahiyyətlərindən biri də onu göstərməkdir ki, biz ruhdan düşməmişik, əksinə, daha enerjili və yeni qüvvələrlə yola davam edirik”.

Quliyev gələcək hədəflərində də söz açıb:

“Buradan hamıya elan edirik ki, builki hədəfimiz çempionluqdur. Ən azından mövsümün sonuna qədər çempionluq yarışının içində olmaq istəyirik. Əminliklə deyə bilərəm ki, bu mövsüm keçən ildəkindən daha güclü, daha dinamik və daha keyfiyyətli "Turan Tovuz" görəcəksiniz".

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30