3 Noyabr 2026, Çərşənbə axşamı
“Qarabağ” 4500 manat cərimələndi
Kandido: “Nəticə ilə barışmalıyıq”
"Sumqayıt" autsayderlə heç-heçə etdi
“Neftçi” liderliyi ələ keçirdi

Ölkə futbolu

Miron Markeviç: "Qarabağ" mütləq məğlub etməli olduğumuz rəqibdir"

"Konfrans Liqasındası komandalar daha asandır. Amma ötən mövsümə nəzər salsaq, "Dinamo" bu turnirin qrup mərhələsinə vəsiqə qazansa da, 36 komanda arasında 27-ci yeri tutub. Bu barədə başqa heç nə deməyə ehtiyac yoxdur".

Futbolxeber.az-ın məlumatına görə, bu sözləri ukraynalı mütəxəssis Miron Markeviç meta.ua saytına müsahibəsində deyib.

Ukrayna millisinin keçmiş baş məşqçisi Kiyev təmsilçisinin UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"a rəqib olmasından da danışıb. O bildirib ki, "Dinamo" "Qarabağ"ı keçməlidir:

"Qarabağ" mütləq məğlub edə biləcəyimiz və etməli olduğumuz rəqibdir. Amma yenə də, bu cür oyunla bu matçda problemlər yarana bilər. Diqqətimizi cəmləməliyik. Bunu zaman göstərəcək. İndiyə qədər "Dinamo" ilə bağlı yalnız məyusluqlar olub".

Qeyd edək ki, “Dinamo” ilə “Qarabağ” arasında ilk oyun avqustun 6-da Polşanın Lublin şəhərində, cavab matçı həmin ayın 13-də Bakıda keçiriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30