3 Noyabr 2026, Çərşənbə axşamı
“Qarabağ” 4500 manat cərimələndi
Kandido: “Nəticə ilə barışmalıyıq”
"Sumqayıt" autsayderlə heç-heçə etdi
“Neftçi” liderliyi ələ keçirdi

Ölkə futbolu

Nəriman Axundzadə Türkiyə klubuna keçir

“Kolambus Kryu”da çıxış edən Azərbaycan yığmasının hücumçusu Nəriman Axundzadə klubunu dəyişir.

Futbolxeber.az saytının məlumatına görə, 23 yaşlı forvard karyerasını Türkiyədə davam etdirəcək. O, gələn mövsümdən Superliqada mübarizə aparacaq “Erzurumspor“la anlaşıb.

Tezliklə Türkiyəyə gələcək Axundzadə tibbi müayinədən uğurla keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq. Nərimanın yeni klubuna icarə əsasında qoşulacağı gözlənilir.

Qeyd edək ki, N.Axundzadə bu ilin yazında “Qarabağ”dan “Kolambus Kryu”ya transfer olunub. O, ABŞ təmsilçisi ilə 3,5 illik müqavilə imzalayıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30