31 Oktyabr 2026, Şənbə
Kurban Berdıyevdan qələbə şərhi
Millimiz Vyetnama məğlub oldu
1/8 finalın bütün cütləri bilindi
X turun hakim təyinatları açıqlandı

Ölkə futbolu

Qurban Qurbanov: “120 dəqiqəlik oyuna hələ tam hazır deyilik”

“İlk növbədə rəqibi təbrik edirəm. Yaxşı oyun alındı. Daha əvvəl də demişdim ki, qarşımızda güclü komanda var. Hətta düşünürəm ki, komandalarımız səviyyəcə bir-birinə yaxındır. Bunu nəticə də göstərdi".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının ikinci təsnifat mərhələsində ÇSKA-ya qarşı Bolqarıstanda keçirdikləri cavab oyunu haqda danışarkən deyib. Bu komandalar arasında Bakıdakı ilk matçda hesab açılmamışdı. Cavab görüşünün də əsas və əlavə vaxtı qolsuz bərabərliklə bitib. Penaltilər seriyasında isə ÇSKA üstün olub və mərhələ adlayıb - 5:4.

Q.Qurbanov buna baxmayaraq, komandasından razı qaldığını bildirib: "Deyəcək çox söz yoxdur. Futbolçular əsl xarakter nümayiş etdirdilər. Onların oyuna yanaşmasından razı qaldım. İndi növbəti qarşılaşmaya hazırlaşacağıq. Düzdür, 120 dəqiqə oynamaq bu mərhələdə komandamız üçün bir qədər ağır oldu. Futbolçular hələ belə yüklənməyə tam hazır deyillər. Amma istənilən halda maraqlı oyun keçdi və azarkeşlər bundan zövq aldı".

Mütəxəssis qol vura bilməməklərinin səbəbini də açıqlayıb: "Qol vura bilməməyimizin səbəbi rəqibin güclü və mübariz komanda olması idi. Bəzi epizodlarda daha dəqiq oynamalı idik. Yorğunluq fonunda həm texniki, həm də digər səhvlər olur. Mənim üçün vacib olan odur ki, futbolçular son dəqiqəyədək mübarizə apardılar. İnanıram ki, bu texniki çatışmazlıqları tədricən aradan qaldıracağıq. Savoya gəlincə, dediyim kimi, futbolçular 120 dəqiqəlik oyuna tam hazır deyillər. O, sürətli oyunçudur və belə futbolçularda bu cür zədələr baş verə bilir".

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31