15 Noyabr 2026, Bazar günü
U-21 yığmamız Omanı məğlub etdi
Rövşən Nəcəf millimizi təbrik etdi
Millimiz Lixtenşteynə qalib gəldi
Krivostyuk heyətdən çıxarıldı

Ölkə futbolu

“Qarabağ”ın hücumçusu “Seltik”in transfer siyahısında

“Qarabağ”ın hücumçusu Kamilo Duranla bağlı yeni xəbər yayılıb.

Futbolxeber.az saytının məlumatına görə, Britaniyanın “67 Hail Hail” nəşri “Seltik”in hücum xəttində planlaşdırdığı dəyişikliklərdən bəhs edən yazısında “Qarabağ”ın futbolçusunu da transfer namizədləri sırasında göstərib.

Nəşr qeyd edib ki, “Seltik” hücum xəttini gücləndirmək üçün müxtəlif variantları nəzərdən keçirir və bu siyahıda “Qarabağ”ın 24 yaşlı forvardı Kamilo Duran da yer alır.

Bundan əvvəl Şotlandiya mətbuatında “Seltik”in kolumbiyalı futbolçu ilə maraqlandığı, “Qarabağ”ın isə onun üçün azı 2 milyon funt-sterlinq təzminat tələb etdiyi bildirilmişdi.

Qeyd edək ki, Kamilo Duran ötən yay “Qarabağ”a transfer olunub. O, başa çatan mövsümdə bütün turnirlərdə keçirdiyi matçlarda 15 qola imza atıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30