1 Noyabr 2026, Bazar günü
Bekiri: "1 xal qazanmağa layiq idik"
Qurbanov: “Yüz faiz cəzalanacaqlar”
"Zirə” də xal itirdi, "Qarabağ" da
“İki xal itirməsəydik, yaxşı olardı”

Ölkə futbolu

Sadıqov püşkü dəyərləndirdi

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin püşkü ilə bağlı fikirlərini bildirib.

Futbolxeber.az saytının məlumatına görə, o bu barədə klubun mətbuat xidmətinə danışıb.

Püşkün nəticəsinə əsasən, “Zirə” Kutaisi “Torpedo”suna rəqib olub. R.Sadıqov püşklə bağlı bildirib:

“Əslində bütün çalışmalarımız Premyer Liqada növbəti mövsümə hazırlıq üzərində qurulmuşdu. Bir neçə gün öncə avrokuboklarda iştirak etməli olduğumuzu bildik və bizim üçün gözlənilməz oldu. Bu mərhələdə isə rəqibimiz “Torpedo”dur. Rəqib çox təcrübəli komandadır. Mütəmadi avrokuboklarda iştirak edir. Heyətləri keyfiyyətli yerli və legioner futbolçulardan ibarətdir. Komandanı təcrübəli alman mütəxəssis çalışdırır. Hazırda Gürcüstan çempionatı davam edir və bunu rəqib üçün üstünlük saymaq olar. Rəqibə hörmətlə yanaşırıq. Oyuna ciddi hazırlaşıb, sonda mərhələ keçən tərəf olmaq istəyirik”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30