Ölkə futbolu
“Şəfa”, yoxdur səndə vəfa...
Həyətimizdə bir pişik var, adı “Totu”dur, qızım qoyub adını. Təxminən bir ilə yaxındır ki, həyətimizin daimi sakininə çevrilib. Göz açdığı gündən südü, yeməyi, suyu əskik olmur. Dostum və həmkarım Ruslan Mikayıllı demişkən, şəllənir. Gəl ki, son 2-3 həftədə “Totu” özünü yaxşı aparmır, bit-birə basıb. İki dəfə xüsusi dərman alıb, dezinfeksiya etsəm də, xeyri yoxdur. Axırda “Totu”nu azdırmaq qərarına gəldim. Allahın heyvanıdır, istəməzdim həyətimizdən uzaqlaşsın, amma hər bir valideyn üçün övladının sağlamlığı hər şeydən önəmlidir. Bu səbəbdən evdən təxminən 2 kilometr məsafəyə qədər apardım, yemək verib başını qatdım və oradan uzaqlaşdım. İki gün keçdi, səhər yuxudan duranda gördüm “Totu” yenidən həyətdədir. Bu dəfə daha uzaq məsafə seçdim və pişiyi təxminən 7-8 kilometr uzağa apardım. 3 gün keçdi, düşündüm ki, məsələ artıq qapanıb. Amma bu səhər oyanıb gördüm ki, “Totu” yenidən qayıdıb. Əziyyətimin hədər getməyinə heyifsilənsəm də, heyvanın sadəqatinə heyran oldum. Doğrudan da, heyvanlar insanlardan daha etibarlı, daha vəfalıdırlar. Hörmətli oxucu, giriş bir az uzun oldu, amma sözümün canı insanların vəfasızlığıdır. Xüsusən də futbolda vəfasızlıq baş alıb gedir. Çox uzağa getməyək, götürək Premyer Liqaya yüksələn “Şəfa” klubunu. Bu dəqiqədə “Azərbaycan futbolunda ən vəfasız klub hansıdır” adlı sorğu keçirilsə, əminəm ki, Premyer Liqanının debütantı qalib olar...
Daha əvvəl də bu haqda yazmışdım. Biz mövsüm ərzində bir neçə dəfə çempionat başa çatdıqdan sonra komandada baş məşqçi dəyişikliyi olacağı barədə xəbər yayımlamışdıq. Hər dəfəsində də klub rəhbərliyi bu ehtimalı yaxına buraxmır, yayılan məlumatın əsassız olduğunu iddia edirdi. Lakin mövsüm başa çatan kimi Elgiz Kərəmli baş məşqçi postundan uzaqlaşdırıldı. Halbuki “Şəfa”nı II Liqadan I Liqaya, oradan da Premyer Liqaya daşıyan məhz Kərəmli olmuşdu. Təbii ki, pulu kim verirsə, sifarişi də o edir. Biz kiminsə işinə qarışa bilmərik. Amma Elgiz Kərəmlini göndərib adını “təcrübəsiz” qoydular. Elgiz bəyin xələfi isə Zaur Həşimov oldu. Guya Həşimov 20 ildir Premyer Liqada çalışır. İki məşqçi arasında təcrübə baxımından böyük fərq yoxdur. Hətta iki ildir komandada olması, futbolçuları daha yaxından tanıması bu ikilinin arasında üstünlüyü Elgiz bəyə verir.
Gəl ki, klub rəhbərliyi yola Kərəmli ilə davam etmək istəmədi. Baxmayaraq ki, deyilənlərə görə, gənc məşqçinin müqaviləsində komandanı Premyer Liqaya daşıyacağı halda sözləşməninn avtomatik artırılması ilə bağlı bənd var idi. Görünən odur ki, “Şəfa” Elgiz bəyə qarşı vəfasızlıq nümayiş etdirdi. Mütəxəssisin 2 ildə çəkdiyi əziyyət bir anda yerə vuruldu. Cəfasını çəkən Elgiz Kərəmli oldu, səfasını çəkən isə Zaur Həşimov...
Dünən məlum oldu ki, “Şəfa”nın vəfasızlığının qurbanı təkcə Elgiz Kərəmli deyil. Komanda aparıcı üzvü Emin Zamanova da qapını göstərdi. 11 qolla ötən mövsüm I Liqada “Şəfa”nın bombardiri olan, komandanın Premyer Liqaya yüksəlməsində böyük pay sahibi olan 29 yaşlı futbolçuya bu gün ehtiyac duyulmur. Bu, nə dərəcədə ədalətlidir? Emin Zamanovun 39 yaşı yoxdur axı. 29 yaşı var. Nəyə görə futbolçunun bir il çəkdiyi əziyyəti yerə vurursunuz? “Şəfa”nın Premyer Liqa yüksəlməsində Elgiz Kərəmlinin rolu olub, Zaur Həşimovun yox. I Liqada qazanılan çempionluqda Emin Zamanovun payı var, bu gün bəh-bəhlə komandaya cəlb olunan futbolçuların yox... “Şəfa” rəhbərliyi unutmasın ki, futbol hər nə qədər ədalətsiz oyun olsa da, zamanı gələndə haqqı tapdalananların haqqını elə qoruyur ki...
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
- Millimizdən 5 qollu məğlubiyyət
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Canninin gəlişindən sıxılan canlar
- "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
- Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
- “Neftçi”nin yarımmüdafiəçisi oynadı, komandası qalib gəldi
- Litva millisi Bakıya böyük hesablı qələbə ilə gəlir
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- “Neftçi”nin ən yaxın izləyicisi ilə oyununun biletləri satışa çıxdı
- Autizm Mərkəzinin şagirdləri “Neftçi”nin qonağı olublar
- İspaniya - Xorvatiya matçında 5 qol
- İnfantino Özbəkistanda: Şavkat Mirziyoyevlə görüşdə Elxan Məmmədov da iştirak etdi
- Fərrux Hüseynzadəyə beynəlxalq təyinat
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
20:25
“Turan Tovuz” “Sabah”ı məğlub etdi
-
19:16
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
-
19:00
İspaniya millisi Bakıda dünya çempionu oldu
-
18:42
II Liqada həftənin hakimləri
-
18:05
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
-
17:18
Tovuzda heyətlər açıqlandı
-
16:59
Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
-
16:33
Zəngilanda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
-
15:24
Sabiq “Sumqayıt”lı Hindistan klubunda
-
14:41
AMADA antidopinq təhsilində süni intellektin tətbiqi ilə bağlı beynəlxalq vebinarda təmsil olunub
-
14:15
Dünya çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi yarımfinala vəsiqə qazanıb
-
13:57
Famil Xəlilov: “Əsas işi klublar görməlidir”
-
12:36
DÇ: Millimiz Əfqanıstana uduzdu, 84-cü oldu
-
12:00
"Kəpəz" "Turan Tovuz"un rekordunu yeniləyib
-
11:25
Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
-
11:12
“Marafon”dan ilk
-
10:48
Denis Marandiçi: “Ağır zədədən sonra mübarizələrdən qorxmuram”
-
10:23
Ronaldo het-trik etdi VİDEO
-
10:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:54
Zamiq Əliyevin komandası liderliyə yüksəldi
-
09:31
"Fiorentina" - "Atalanta" matçında 4 qol VİDEO
-
09:17
Cüdoçularımızın Avropa çempionatındakı ilk rəqibləri müəyyənləşib
-
09:00
"Turan" Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
21:39
Stoiçkov Bakıda 120-dən çox uşağın iştirak etdiyi futbol festivalına qatıldı
-
20:52
Rəşad Yelkiyev "Böyük Dəbilqə" turnirində bürünc medala sahib çıxıb
-
20:31
Millimiz Vyetnama məğlub oldu
-
19:00
Balabəy Ağayev Əbu-Dabidə qızıl medal qazanıb
-
18:43
Könül Əliyevadan "Böyük Dəbilqə"də tarixi nəticə
-
18:25
“Neftçi” "Şamaxı" ilə oyunun hazırlığını davam etdirir
-
17:16
1/8 finalın bütün cütləri bilindi
-
16:54
Azərbaycan kubokunda II mərhələyə yekun vuruldu
-
16:37
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib
-
16:08
Xristo Stoiçkov Bakıda
-
15:25
Azərbaycan millisi Asiya Kubokunda qızıl medal qazanıb
-
14:42
Azərbaycan klubunun kapitanı FIBA Avropa Kubokunda tarixi nəticəyə imza atıb
-
14:19
Dünya çempionatı: üç güləşçimiz uduzdu
-
13:51
Azərbaycanda məşqçilər üçün adaptiv cüdo üzrə kurs keçirilir
-
13:00
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
-
12:43
"Yuventus" səfərdə xalsız qaldı VİDEO
-
12:28
X turun hakim təyinatları açıqlandı
-
11:56
Azərbaycanlı gənc futbolçu İspaniya klubunda
-
11:34
"Napoli"dən 4 qollu qələbə VİDEO
-
11:17
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Yaxşı mənada təəccübləndirdilər”
-
10:45
"İnter" sonda sevindi VİDEO
-
10:22
Bədavi Hüseynov: “Neftçi” ilə oyunda qazanılan xal qızıla bərabərdir”
-
10:09
"Milan"dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bilindi
-
21:34
Xankəndidə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
-
21:22
Rəşad Sadiqov: “Bu cür mübarizə aparmaq özü böyük nailiyyətdir”
30.10.2026
29.10.2026
28.10.2026
























