30 Oktyabr 2026, Cümə
Millimiz Vyetnama məğlub oldu
1/8 finalın bütün cütləri bilindi
X turun hakim təyinatları açıqlandı
Millimiz Cəbəllütariqə qalib gəldi

Ölkə futbolu

Siyasət Əsgərov: “Təəssüf ki, 12 xal toplasaq da, mərhələni adlaya bilmədik”

Qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov dünya çempionatının semə mərhələsində Şimali Makedoniya yığmasına qarşı keçirilən ​oyundan (3:1) sonra fikirlərini bildirib.

Futbolxeber.az saytının məlumatına görə, o, əvvəlcə matça yaxşı hazırlaşdıqlarını deyib: “Futbolçuların çətin və ağır oyun qrafikinə baxmayaraq, qarşılaşmaya yaxşı hazırlaşmışdılar. Baxmayaraq ki, qızlarımız çətin oyundan çıxmış və uzun yol gəlmişdilər, biz onları qarşılaşmaya qədər bərpa edib  oyuna kökləyə bildik. Macarıstanla görüşün nəticəsi psixoloji baxımdan komandaya təsir etmişdi. Həmin oyunun sonunda bir xal qazana bilərdik, lakin təəssüf ki, bunu bacarmadıq. Bu da, komandaya mənfi təsir göstərmişdi".

S.Əsgərov 3:1 hesablı qələbəni isə belə şərh edib: "Oyuna gəlincə, komanda yaxşı motivasiya olunmuşdu. İlk dəqiqələrdən hər nüansa nəzarət edirdik. Məşq prosesində üzərində işlədiyimiz plana uyğun hərəkət etdik və bunun nəticəsini də gördük. Təəssüf ki, müdafiə xəttində buraxdığımız səhvdən sonra qol buraxdıq. Buna baxmayaraq, komandanı və qızlarımızı təbrik edirəm".

S.Əsgərov növbəti mərhələyə yüksələ bilmədikləri üçün təəssüfünü bildirib: "İstər bu mövsüm, istərsə də, son bir ildə qızlar həqiqətən möhtəşəm işlər görürlər. Bu oyun haqqında onu deyə bilərəm ki, qızlar çox gözəl çıxış etdilər. Sonda da gözəl qələbə qazandıq. Təəssüf ki, qrupda 12 xal toplasaq da, reqlamentə uyğun olaraq, növbəti mərhələyə çıxa bilmədik. Bu, bizi çox üzür. Lakin bizim üçün son deyil. Biz hər zaman irəli baxırıq. Bu mövsüm bizə çox dəyərli təcrübələr qazandırdı, həmçinin komandaya yeni oyunçular qoşuldu. Bu da bizim üçün ən yadda qalan məqamlardan biridir. İndi önümüzə baxmalıyıq. Qarşıda Millətlər Liqasının püşkatması olacaq. Püşkatmadan sonra həmin oyunlara hazırlaşmağa başlayacağıq”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31