Ölkə futbolu
"Qarabağ" regionda ilk Dayanıqlılıq Hesabatını təqdim etdi
"Qarabağ" regionda ilk Dayanıqlılıq Hesabatını (Sustainability Report) ictimaiyyətə təqdim edib.
Futbolxeber.az-ın məlumatına görə, Ağdam təmsilçisinin saytına yer alan məlumatda bildirilib:
"Bu mühüm addım klubun idman sahəsi ilə yanaşı, sosial məsuliyyət, ekoloji yanaşma və müasir idarəetmə prinsipləri istiqamətində də lider mövqeyini bir daha təsdiqləyir. Bu təşəbbüs təkcə Azərbaycanda deyil, bütövlükdə regionda bir ilkdir. “Qarabağ” eyni zamanda,Avropa komandaları arasında da bu istiqamətdə hesabat hazırlayan qabaqcıl klublardan biri kimi fərqlənir.
Təqdim olunan hesabatda klubun aşağıdakı istiqamətlər üzrə fəaliyyəti geniş şəkildə əks olunub:
* Ekoloji dayanıqlılıq və resursların səmərəli idarə olunması
* Sosial məsuliyyət layihələri, inklüziv inkişaf təşəbbüsləri və icma ilə əlaqələr
* Korporativ idarəetmə və şəffaflıq prinsipləri.
Hesabat, həmçinin klubun gələcək inkişaf strategiyasını, beynəlxalq standartlara uyğunlaşma istiqamətində atdığı addımları və uzunmüddətli dayanıqlılıq hədəflərini əhatə edir.
Qeyd edək ki, hesabat klubumuzla əməkdaşlıq çərçivəsində dünyanın aparıcı audit və konsaltinq şirkətlərindən biri olan “Deloitte”un dəstəyi ilə hazırlanıb. Şirkət xüsusilə dayanıqlılıq hesabatlarının hazırlanması, ESG (Environmental, Social, Governance) standartlarının tətbiqi və korporativ şəffaflığın artırılması istiqamətində beynəlxalq təcrübəsi ilə tanınır.
“Qarabağ” ilə əməkdaşlıq çərçivəsində “Deloitte” hesabatın beynəlxalq standartlara uyğun strukturlaşdırılması, məlumatların düzgün ölçülməsi və təqdim olunması, eləcə də qlobal hesabatlılıq prinsiplərinə inteqrasiya prosesinə metodoloji dəstək göstərib. Bu tərəfdaşlıq sənədin etibarlılığını və beynəlxalq səviyyədə qəbul olunma potensialını daha da artırır. Xatırladaq ki, “Qarabağ” Futbol Klubu Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) həyata keçirdiyi “İqlim Fəaliyyəti üçün İdman” (Sports for Climate Action) təşəbbüsünün rəsmi tərəfdaşıdır. Klubumuz bu təşəbbüsə qoşulmaqla həm də BMT-nin “Race to Zero” kampaniyasının dəstək göstərərək qlobal iqlim hədəflərinə töhfə vermək öhdəliyini təsdiqləyir.
Klubumuzun prezidenti Tahir Gözel dayanıqlılıq hesabatının yalnız görülən işləri deyil, həm də illər ərzində formalaşdırılan dəyərləri və gələcək nəsillər qarşısında daşıdıqları məsuliyyəti əks etdirdiyini bildirib: “Bu hesabat illər ərzində formalaşdırdığımız dəyərlərin, məsuliyyət anlayışımızın və gələcəyə baxışımızın əyani ifadəsidir. Burada gördüyümüz işlərlə yanaşı, inandığımız prinsipləri və gələcək nəsillər qarşısında daşıdığımız məsuliyyəti əks etdiririk. Bu təşəbbüs klubumuz üçün, Azərbaycan üçün, bütövlükdə region üçün bir ilkdir. Hesabatdakı hər bir məqam real fəaliyyətlərə, ölçülə bilən nəticələrə əsaslanır. Biz inanırıq ki, bu yanaşma regionda fəaliyyət göstərən digər klublar üçün də istinad nöqtəsinə çevriləcək və dayanıqlı inkişafın yeni mərhələsinə təkan verəcək. Sözügedən hesabat, həmçinin COP29 çərçivəsində üzərimizə götürdüyümüz öhdəliklərin bir hissəsidir. Şübhəsiz ki, bu, ilk hesabatımızdır və biz bu istiqamətdə ilkin addımlarımızı atmağa başlamışıq. İnanırıq ki, növbəti hesabatlarda daha ətraflı, inkişafyönümlü və müqayisə oluna bilən nəticələr də öz əksini tapacaq”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
13:44
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
-
13:17
AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
12.11.2026
11.11.2026
10.11.2026
























