11 Noyabr 2026, Çərşənbə
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Ölkə futbolu

“Sumqayıt” akademiyasının üzvləri “Azərikimya” İB-də ekskursiyada olublar

“Sumqayıt” Futbol Akademiyasının U-14, U-15 oğlanlar və U-16 qızlar komandaları üçün klubun baş sponsoru olan “Azərikimya” İstehsalat Birliyinə (İB) maarifləndirici ekskursiya təşkil edilib.

Futbolxeber.az saytının məlumatına görə, səfər çərçivəsində “Azərikimya” İB-nin baş direktoru Elnur Məmmədli gənc futbolçularla görüşərək, onlara gələcək karyeraları və şəxsi inkişafları ilə bağlı tövsiyələrini verib.

Görüşün ardından iştirakçılar müəssisənin inzibati binası ilə tanış olub, daha sonra Etilen-Polietilen zavoduna yollanıblar. Burada gənc futbolçulara istehsalat prosesləri və müasir qurğuların iş prinsipi barədə ətraflı məlumat verilib.

Tədbirin əsas məqsədi gənclərin dünyagörüşünü artırmaq, onları real iş mühiti ilə tanış etmək və gələcək ixtisas seçimlərində onlara dəstək olmaqdır.

Sonda ekskursiyanın yüksək səviyyədə təşkilinə görə “Sumqayıt” FK-nın vitse-prezidenti Aydın Xəlilova, akademiya meneceri Zərifə Bayramovaya və “Azərikimya” İB-nin İstehsalat üzrə böyük mütəxəssisi Rəhim Əkbərova minnətdarlıq ifadə olunub.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30