Ölkə futbolu
Yuri Vernidub: “Neftçi” kimi tarixi olan komandada işləmək böyük şərəfdir”
"Neftçi" Azərbaycan Premyer Liqasının 30-cu turunda səfərdə "Karvan-Yevlax"ı 3:0 hesabı ilə məğlub edib.
Futbolxeber.az saytının məlumatına görə, "ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidub matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Autsayderlə oyunda komandanı psixoloji cəhətdən hazırlamaq çətin deyil?
- "Qarabağ"la oyundan sonra futbolçularda böyük emosiyalar yarandı. Yalan deməyəcəm, bu matça görə məndə həyəcan var idi. Adətən böyük oyunlardan sonra futbolçuların emosional vəziyyəti həmişə yaxşı olmur. Amma hamımız birlikdə bunun öhdəsindən gəldik. Oyunçularıma minnətdaram.
- "Neftçi"nin avrokuboklara getməsi "Sabah"la "Zirə" arasında keçiriləcək kubokun final matçından asılıdır. Həmin oyundan gözləntiniz nədir?
- Bizim üçün hər oyun finaldır. "Şamaxı", "Sabah" və "Kəpəz"lə oyunlarımız var. Futbolçular da yaxşı başa düşür ki, bütün matçlarda maksimumu göstərməliyik. Bəli, kubokun finalından da çox şey asılıdır. Mən bütün qarşılaşmaları çətin hesab edirəm. Bu oyunlardan sonra harada olacağımızı görəcəyik.
- Son oyunlarda Falaye Sakonun performansında yüksəliş hiss olunur. Bu barədə nə deyə bilərsiniz?
- Sakoya təşəkkür edirəm. O, peşəkar futbolçudur. Bütün oyunlarda öz peşəkarlığını ortaya qoymalıdır. Sakonun kifayət qədər təcrübəsi var, Fransa çempionatında oynayıb.
- "Qarabağ"la oyundan sonra dediniz ki, psixoloji cəhətdən yorğunam. Ona görə də sualları cavablandırmadınız. Azərbaycan çempionatının psixoloji yükü çoxdur, yoxsa başqa səbəb var idi?
- Başqa səbəb yoxdur. Belə şeylər olur. Nəzərə alın ki, birinci oyunda "Qarabağ"a 1:5 uduzmuşduq. O, mənim üçün çox ağır zərbə idi. Ona görə də ikinci oyunda fərqli formada oynadıq. Psixoloji yorğunluq elə idi ki, bəlkə də artıq nəsə deyə bilərdim. Ona görə də suallara cavab verməmək qərarı verdim. Bir daha üzrxahlıq edirəm. "Neftçi" kimi tarixi olan komandada işləmək böyük şərəfdir. Ən önəmlisi odur ki, oyunçular da "Neftçi"də oynamağın adi bir şey olmadığını başa düşməlidir. Hər zaman peşəkar davranmalı və bu ada layiq olmalıdırlar.
- Hansı futbolçularla yola davam edəcəyinizi, kimlərlə yolların ayrılacağını müəyyənləşdirmisiniz?
- Vaxtı gələndə hər şeyi deyəcəm. Mətbuatda çox şey yazırlar. Hətta yazırlar ki, mənim futbolçularla konfliktim var. Mən ümumiyyətlə konfliktli insan deyiləm. Biz bir-birimizə hörmətlə yanaşırıq. Nə olur-olsun, ortaq dil tapacağıq. Onu deyim ki, seçimlərdə həssas yanaşacağıq. Bizim kriteriyalara uyğun futbolçularda yola davam edəcəyik.
- "Neftçi" hazırda 3-cü yerdən 6 xal geridədir. Komandanın ilk 3-lükdən kənarda qalmasının səbəbi nədir?
- Bu barədə çox şərh vermək istəmirəm. Sadəcə deyə bilərəm ki, məndən əvvəl də çox xallar itirilmişdi. Mənim vaxtımda da "Turan Tovuz", "Zirə", "Şamaxı" ilə oyunlarda xal itkiləri olub. Maksimum nəticələr əldə etmək üçün hamımız əlimizdən gələni edirik. Mövsümün əvvəlindən burada olsaydım, daha fərqli danışmaq olardı. Amma buna baxmayaraq, müsbət mənada bir çox dəyişikliklərə nail olmuşuq. Gələcəkdə ən yuxarı yerlərdə olmaq ən böyük arzumdur. Bu, futbolçuların və rəhbərliyin də arzusudur.
- Final matçını stadionda izləyəcəksiniz və "Sabah"a azarkeşlik edəcəksiniz?
- Dəqiq bilmirəm. Mənim "Sabah"a və ya "Zirə"yə azarkeşlik etməyim etik deyil. Kim güclüdürsə, o da qalib gəlsin. Bizə "Sabah"ın qələbəsinin daha uyğun olmasına baxmayaraq, heç vaxt hansısa rəqibimə pis şey arzulaya bilmərəm. Çünki həyat bumeranqdır. Bu, nə vaxtsa bizim başımıza gələ bilər.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
-
12:06
“Roma” futbolçusunu Argentina millisinin düşərgəsinə buraxmır
-
11:41
“Mançester Yunayted” Kerriki istefaya göndərir
-
10:17
Yenidənqurmadan sonra Xankəndidə keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlandı
-
09:52
İslam Nəcəfquliyev və Vilayət Rəhimli beynəlxalq hakimlik dərəcəsi əldə ediblər
-
09:30
Azərbaycanın yeniyetmə cüdoçuları Yaponiyada təlim-məşq toplanışına başlayıblar
-
22:06
“Sumqayıt”ın legioneri milliyə dəvət aldı
-
21:44
Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib
-
20:23
“Araz-Naxçıvan”ın müdafiəçisi əməliyyat olunub
-
19:35
AFFA-dan milli üzvünün hərbi xidmətə aparılmasına münasibət: “...açıqlama veriləcək”
-
18:52
Ağadadaş milliyə dəvət aldı
11.11.2026
10.11.2026
09.11.2026
























