11 Noyabr 2026, Çərşənbə
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Ölkə futbolu

“Şamaxı”: Mövsümdə 3-cü, tarixdə 10-cu

“Şamaxı” Azərbaycan çempionatlarının yüksək dəstəsində 10-cu dəfə öz meydanında böyük hesabla uduzub.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını da daşımış komanda Azərbaycan Premyer Liqasının XXX turunda “Sabah”a 0:3 hesabı ilə məğlub olub. Komanda 363-cü ev oyununda buna üzülüb.

“Şamaxı” tarixində bir mövsümdə 3-cü dəfə öz meydanında üç və ya daha çox top fərqi ilə uduzub. “Sabah”a qədər onların qonağı olan “Kəpəz” 4:1, “Qəbələ” 4:0 hesablı səfər qələbəsinə nail olub. Bunadək antirekord iki belə nəticənin yaşandığı 2022/23 mövsümündə qeydə alınmışdı.

Komandanın öz meydanında ilk ağır yenilgisi isə 2000/01 mövsümünə təsadüf edib. 2000-ci il oktyabrın 20-də “Neftçi” “Xəzər Universiteti” adlanan rəqibinin meydanında 4:1 hesabı ilə qalib gəlib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30