4 Avqust 2026, Çərşənbə axşamı
Yunuszadə Türkiyə klubunda
Şeydayevin yeni klubu müəyyənləşdi
“Sumqayıt”da braziliyalı hücumçu
“Zirə”də gözlənilməz ayrılıq

Ölkə futbolu

Premyer Liqamızda mövsümün rekordu təkrarlandı

Azərbaycan Premyer Liqasının 30-cu turu “Kəpəz”in futbolçusu Rauf Hüseynlinin 4 dəqiqəyə iki qol vurması ilə əlamətdar olub.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, “Sumqayıt”la ev oyununda (2:1) fərqlənən futbolçu bununla da mövsümün rekordunu təkrarlayıb. 86-cı və 89-cu dəqiqələrdə qol sevinci yaşayan Raufa qədər yalnız Leandro Andrade matçın bir hissəsində belə qısa müddətdə dubl müəllifi olub. “Qarabağ”ın portuqaliyalı yarımmüdafiəçisi “Araz-Naxçıvan”la martın 8-də keçirilən qarşılaşmada (6:0) 33-cü və 36-cı dəqiqələrdəki qolları ilə dublunu rəsmiləşdirib.

Leandrodan fərqli olaraq Hüseynli hər iki qolu penaltidən vurub. O, cari mövsümdə bir matçda 2 dəfə 11 metrlik nöqtədən dəqiq olan 4-cü futbolçudur. Onadək Aleksandr Ramalinqom (“Sumqayıt”) və Coy Lens Mikels (“Sabah”) penaltilərlə dubl edib, Toral Bayramov (“Qarabağ”) het-trik etdiyi qarşılaşmada iki dəfə “ağ nöqtə”dən fərqlənib. Raufa qədər Ramalinqom daha qısa müddətdə - 12 dəqiqədə iki penalti zərbəsini qola çevirmişdi. O, “Karvan-Yevlax”la ötən il oktyabrın 18-də keçirilən matçın (4:1) 54-cü və 65-ci dəqiqələrində fərqlənib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31