Ölkə futbolu
Qurban Qurbanov: “Bu qələbə çox vacibdir”
"Qarabağ" Azərbaycan Premyer Liqasının 30-cu turunda Tofiq Bəhramov adına Respublika Stadionunda "Turan Tovuz"u 2:1 hesabı ilə məğlub edib.
Futbolxeber.az saytının məlumatına görə, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Futbolçularımı təbrik edirəm. Oyunlarımız sıx qrafikdə keçir. Buna baxmayaraq, futbolçular sona kimi oyundan qopmadılar. Bu qələbə çox vacibdir. Sona kimi dözmək önəmli idi. Oyunçular xarakter göstərdilər. "Turan Tovuz"a uğurlar arzulayıram. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm.
- Musa Qurbanlının zədəsi nə dərəcədə ciddidir?
- Ola bilər. Vaxt lazım olacaq. Ağrı dizindədir. Məşqdə də bunu hiss etmişdi. Bu gün ağrısı var idi. Dünənki məşqdə normal idi. Zədələndiyi epizodda ayağı düz düşmədi. Ağrı hiss etdi. Sabah dəqiqləşəcək. Xroniki zədədir.
- Buraxdığınız qolda Koxalski uğursuz çıxış etdi, yoxsa rəqib futbolçu keyfiyyəti idi?
- Hər ikisi. Baxımlı qol idi. Qapıçı belə toplara reaksiya verməlidi. Sanki daha rahat oynamaq istədi, zərbəni ciddiyə almadı. Təkrarda baxdım. Amma zərbə doğrudan da keyfiyyətli idi.
- Ramil Şeydayev bu il cəmi 1 oyuna çıxıb və 9 dəqiqə oynayıb. Onun bu gün şans qazanması nə ilə bağlı idi?
- Ramil elə oyunçulardandır ki, hər zaman işgüzarlığı ilə seçilib. Oyunlarda da, məşqlərdə də. Bu, onun ən üstün tərəfidir. Oynadı-oynamadı məşqlərdə ən yaxşılardandır. Bəzən az şans veririk. Bu gün onun son dəqiqə işgüzarlığına ehtiyac var idi.
- Kubokda "Sabah"la oyunda olanlarla bağlı AFFA İntizam Komitəsi iki həftədir araşdırma aparır. Prosesin bu qədər çox çəkməsi yaxşı haldı?
- Bilmirəm. Normaldır. Kubok bir də gələn il olacaq.
- Juninyonu geri qaytarmaq istəyərdiniz?
- İnanmıram ki, onun bura gəlmək şans olsun. Çünki çox yaxşı çempionatda onayır. Meksika liqası pullu çempionatdır. Gəlsə, yox demərəm. İnanmıram ki, belə bir hal olsun. Az qol vurur, amma vacib qollar vurur. Bir az çətin görünən məsələdir.
- Yerli bazarda əcnəbi futbolçulardan kiminləsə maraqlanırsız?
- Bəli. Amma onların sahibləri var.
- Müdafiədə və hücumda sanki hər şey qaydasındadır. Yayda transfer vaxtı ən vacib mövqe hansı olacaq?
- Ümumi baxırıq. Hər xətdə bir neçə oyunçuya ehtiyacımız var. Çalışacağıq ki, sayı və keyfiyyəti artıraq. Builki çempionat düşündüyümdən daha keyfiyyətli və gərgin oldu. Hər bir halda, hər xətdə yeniliklərə ehtiyacımız var. Futbolda düşünmədiyin hallar olur. Matçın gedişatında çox dəyişiklik edə bilmədik.
- Kuboku "Sabah"ın qazanmasını istəyərdiniz, yoxsa "Zirə"nin?
- Hər iki komandaya uğurlar arzulayıram.
- Bu mövsüm Çempionlar Liqasındakı performansı nəzərə alsaq, Konfrans Liqasında daha çox yol qət edə bilərsiniz?
- Konfrans Liqasında oynamağımızı arzulayırsınız? (gülür) Çox istəyərdik ki, daha yuxarı liqada olaq. Böyümək üçün, böyük futbolu tam hiss etmək böyük turnirlər daha maraqlıdır. Bizi daha məsuliyyətli edir. Azarkeşlərin istəyi daha yüksək turnirlər olur. Orada tanınmış komandalar var. Məsələn, Avropa Liqası. Orada Çempionlar Liqası komandaları var. Bizim kimi hamı da belə düşünür. Bir şeyi qeyd edək ki, biz əvvəlki Avropa Liqasında cəmi 1 qələbə qazanmışdıq. Amma Çempionlar Liqasında 10 xalımız var idi. Bizdən asılı olan məsələ deyil. Avropa Liqasında oynayanda çox yaxşı komandamız var idi. Həmin il oyun baxımından, heyət baxımından Çempionlar Liqasının əsas mərhəsinə düşməyə layiq idik. Təkcə "Dinamo"ya uduzduq. Zaqrebdə nə qədər epizodumuz var idi. 0:3 ağlagələn nəticə deyildi. Orada nokauta düşmüşdük. Bakıda isə stress çox idi. O oyuna qədər bütün matçlarda yüksək səviyyədə oynamışdıq. Məşqçi olaraq rahat idim ki, biz ÇL-in əsas mərhələsinə düşəcəyik. Çox yaxşı hazırlıq keçmişdik. Amma zəmanət yox idi ki, Konfrans Liqasında və ya Avropa Liqasında şansımız çoxdur. Hər şey ola bilər. Tam əksi də baş verə bilər. O cür heyətlə cəmi Avropa Liqasında bir oyunda qalib gəldik. Heç nəyə zəmanət yoxdur. Ölkədən çıxdıqsa, fərqli stress, fərqli futbol, fərqli yanaşmadır. Orada buradakı səhvləri bağışlamırlar. Hər bir komandanın böyük potensialı, qarşısına qoyulan məqsədi var. Xeyirlisi hansıdırsa, o da olsun. Biz də istəmişik ki, hər zaman istənilən turnirdə uğurlu çıxış edək.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Kevin Medina millimizin sabiq üzvü ilə komanda yoldaşı oldu - EKSKLÜZİV
- Xarici saytlar AFFA-nın yalanını üzə çıxardı - FOTO FAKT
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi məlumdur
- Dambrauskas Sadıqovu çətin rəqib saymır? - QEYD
- “Kəpəz”in yeni rəhbəri işə başladı, baş məşqçi postuna 2 namizəd - ÖZƏL
- “Qarabağ”ın ikinci transferi Bakıya gəldi
- Kanada millisindən tarixi nəticə
- Bu legioner “Qarabağ”dan gedir – Asiyadan sərfəli təklif alıb - ÖZƏL
- “Şəfa”da xaos: rəhbərliklə baş məşqçi arasında ciddi narazılıq yaranıb
- “Dinamo” “Karvan-Yevlax”dan AFFA və UEFA-ya şikayət edə bilər
- Azərbaycan futbolunda heç vaxt heç vaxt demə...
- “Turan Tovuz” “Zenit”in sabiq qapıçısını transfer edir - ÖZƏL
- "Qarabağ"ın sabiq futbolçusu 41 yaşında vəfat etdi
- Dambrauskasa verilən “gic-gic suallar”
- "Qarabağ"ın rəqibi bəlli oldu
-
23:55
Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub
-
22:48
3 boksçumuz Dünya Kubokunun yarımfinalında
-
21:24
PFL onları mükafatlandırdı
-
21:00
"İmişli"də 5 ayrılıq
-
20:17
"Neftçi" Rezabala ilə vidalaşdı
-
19:39
"Sheki Open 2026" Beynəlxalq Şahmat Festivalının təntənəli açılış mərasimi keçirilib
-
18:53
Premyer Liqada ilk turun təqvimi açıqlandı
-
18:26
Tahir Abdullayevin Bakıda keçiriləcək UFC-də iştirakı təsdiqlənib
-
17:42
Argentina millisinin üzvü DÇ-2026-nın ən yaraşıqlısı seçildi: Ronaldo 45-ci oldu
-
17:01
"Şəfa" onunla yeni müqavilə imzaladı
-
16:36
Avropa Gimnastikasının XXXII Konqresi 2027-ci ildə Bakıda keçiriləcək
-
16:15
Azərbaycanlı şahmatçı Maqnus Karlsenə qalib gəldi
-
15:58
Emin Kürdov: “Normal qrupa düşmüşük”
-
15:44
"Araz-Naxçıvan" xorvatiyalı müdafiəçi transfer etdi
-
15:29
DÇ-2026: Neymar yenə meydana çıxmayacaq
-
15:00
Dambrauskas: “Rəqibin kimliyi əhəmiyyətli deyil”
-
14:33
Millimizin rəqibləri müəyyənləşdi
-
14:16
"Böyük Dəbilqə": Balabəy Ağayev finalda dünya çempionunu məğlub etdi
-
13:42
“Qarabağ”la oyunu ləğv etdilər
-
13:27
Elvin Astanov Tunisdə gümüş medal qazanıb
-
13:01
Bakıda Avropa Su İdmanı Federasiyasının konfransı keçiriləcək
-
12:48
Çexiya - CAR oyunu mundialların tarixinə düşüb
-
11:55
Zaur Svanadze: “Zirə”ni Kutaisidə dolu tribunalar gözləyir”
-
11:39
Meksika pley-offda VİDEO
-
11:24
DÇ-2026: Portuqaliya antirekordunu təkrarladı
-
11:00
“Səbail”in yeni baş məşqçisi açıqlandı
-
10:43
Dünya çempionatında qol rekordu qeydə alındı
-
10:32
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:17
İslandiya klubu “Qarabağ”la oyuna görə azarkeşlərə müraciət etdi
-
09:51
Kanada Qətəri darmadağın etdi VİDEO
-
09:38
Azərbaycan klublarının yay transferləri (Yenilənir)
-
19:53
IV Avropa Oyunlarında iştirak üçün kvota qazandı
-
18:38
"Neftçi"nin Çempionlar Liqasındakı rəqibi bilindi
-
17:22
"Zirə"nin hazırlıq planı müəyyənləşdi
-
17:06
Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib
-
16:49
Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
-
16:14
AFFA-nın baş katibi UEFA-da komitə üzvü təyin edildi
-
15:57
“Qarabağ” “Zirə” ilə qarşılaşacaq
-
15:31
"Şəfa"da daha üç ayrılıq
-
15:03
İsmail Kartal yenidən “Fənərbaxça”da
-
14:45
Avropa Kubokunda Azərbaycanı 13 cüdoçu təmsil edəcək
-
14:20
"Araz-Naxçıvan"dan ilk transfer
-
13:52
"Səbail" Adil Şükürovla yolları ayırdı: xələfi də məlumdur
-
13:38
“Qəbələ”dən “Şahdağ Qusar”a
-
13:16
“Difai”də yeni baş məşqçi
-
13:09
Sekidikanın yeni klubu müəyyənləşdi
-
12:44
Qana sonda sevindi VİDEO
-
12:27
Taekvondoçularımız klublararası Avropa çempionatında 6 medal qazanıblar
-
11:51
“Şəfa”nın göyə sovurduğu 300 min manat
-
11:33
Azərbaycanın 6 çimərlik güləşçisi Dünya Seriyasının III mərhələsində iştirak edəcək
19.06.2026
18.06.2026























