11 Noyabr 2026, Çərşənbə
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Ölkə futbolu

Kurban Berdiyev: "Şanslardan istifadə etsəydik, başqa cür olardı"

"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 30-cu turunda səfərdə "Qarabağ"a 1:2 hesabı ilə məğlub olub.

Futbolxeber.az saytının məlumatına görə, Qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdiyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Ümumilikdə ağır oyun oldu. "Qarabağ" matçın çox hissəsində təşəbbüsə yiyələnmişdi. İkinci hissənin əvvəlində buraxılan qol oyunumuza təsir etdi. Sonda cəhdlərimiz oldu ki, vəziyyəti düzəldək. Amma alınmadı.

- Denis Marandiçi ilyarımdır yoxdur. Onun sağlamlığı və aqibəti necə olacaq?

- Əməliyyatı yaxşı keçib. Növbəti mövsümə qayıdacağına ümid edirik.

- Çoxsaylı real qol epizodlarını qaçırmağınızın səbəbi nədir?

- Fikirləşirəm ki, həyəcanla bağlı idi. Şanslardan istifadə etsəydik, başqa cür olardı.

- İkinci yer uğrunda həlledici matç idi. Futbolçularda mübarizliyi, motivasiyanı hiss etdiniz?

- Ona görə dedim ki, həyəcan var idi. Nəzəri baxımdan şansın olması, bir az həyəcana səbəb oldu.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30