Ölkə futbolu
İnqilab Məmmədov: 1 səhv 4 düzü apardı...
Elm və təhsil naziri Emin Əmrullayev sosial şəbəkə hesabında etdiyi paylaşımda Müşahidə Şurasının üzvü olduğu “Neftçi”yə dəstəyini nümayiş etdirib. O, “ağ-qaralar”ın loqosunu paylaşıb. Bununla da Əmrullayev dolayısı ilə ötən gün qələbəsini əlindən alınan “Neftçi”nin sahibsiz olmadığını nümayiş etdirib. Həmin paylaşıma “Neftçi” azarkeşlərindən biri maraqlı şərh yazıb: “Emin müəllim, İnqilabı yenidən tədris etmək lazımdır. Əvvəlki bilik və elmdə şübhələr var. Yenidən imtahana çəkmək lazımdır”.
Mənim kimi, 2000-lərin əvvəlində qəbul imtahanı verən şagirdlərə müəllimlər dönə-dönə bu cümləni təkrar edirdilər: “4 səhv 1 düzü aparır”.
Bütün bunları fikirləşə-fikirləşə bir anlıq göz önündə dünənki hakim biabırçılığı canlanır. Gör İnqilab Məmmədovun 1 səhvi nələrə gətirib çıxardı:
1) “Neftçi” iki vacib xal itirdi. Hansı ki, bəlkə də mövsümün sonunda bu iki xal komandanı avrokuboklardan kənarda qoyacaq;
2) Həmin qol hesaba alınmasaydı, Junior Martins növbəti dəfə tərbiyəsizlik etməz, qalmaqal yaşanmazdı;
3) Həmin qalmaqal yaşanmasaydı, Breno Almeyda qırmızı vərəqə görməzdi;
4) Yuri Vernidub özündən çıxmaz, meydandan uzaqlaşdırılmazdı...
Əslində, bu siyahını çox uzatmaq olar. Lakin hakimlərin bəxti gətirib ki, 4 səhv 1 düzü aparır, 14 yox...
Dünən Zirədə yaşananlar növbəti dəfə Azərbaycan hakimliyinin necə rəzil durumda olduğunu göstərdi. Halbuki “Turan Tovuz” - “Zirə” oyununda yaşanan biabırçılığın heç "qırxı" da çıxmayıb. Bütün bu səhvlər AFFA rəhbərliyinin hakimliyin inkişafı haqqında danışdıqlarının nağıl olduğunu göstərir.
Əslində, bütün bunlar səhv ola bilməz. Təbii ki, əlimizdə fakt olmadığı üçün kimisə ittiham edə bilmərik. Lakin kor-kor, gör-gör. 27 oyundan 6-7-də bir komandanın əleyhinə bu qədər hakim səhvi təsadüf ola bilər? Kimsə çıxıb bunun izahını verə bilər?
Dünəndən istər sosial şəbəkələrdə, istərsə mediada “Zirə”nin qolu xeyli müzakirələrə yol açıb. “Neftçi”dən nə vaxtsa nəyəsə görə incik qalan 2-3 nəfəri çıxmaqla, hamının fikri birmənalıdır: hakimlər dünən “Neftçi”nin qələbəsini əlindən aldılar! Hakimlər Komitəsinin sədri Rəhim Həsənovun bu epizoda necə şərh verəcəyi də maraqla gözlənilir. Lakin Həsənovun nə deməsinin zərrə qədər də önəmi yoxdur. Birincisi, sabiq FİFA referisi özü karyerası ərzində N qədər buna bənzər səhvlərə yol verib. İkincisi, guya bugünə qədər Həsənovun verdiyi şərhlər hamısı düz olub? Özlərinə necə sərf edib, əksər hallarda da elə şərh veriblər. Üçüncüsü, lap tutaq ki, Rəhim Həsənov çıxıb dedi ki, bəli, hakim səhv edib. Bununla nəsə dəyişəcək? Belədə “Neftçi”nin iki xalı qaytarılacaq? Yoxsa Breno Almeydaya, yaxud Yuri Verniduba verilən qırmızı vərəqələr ləğv ediləcək?
Yeri gəlmişkən, İnqilab Məmmədovun Brenoya birbaşa qırmızı vərəqə göstərməsi də yanlışdır. Futbolçu meydana daxil olubsa, ona sarı vərəqə göstərilib. Bəli, Almeydanın buna qədər sarı vərəqəsi var idi. Lakin məsələ ondadır ki, belədə braziliyalı futbolçu iki sarı vərəqədən qırmızı almış olacaqdı. Bu isə 1 oyunluq cəza deməkdir. Yəni Almeyda “Neftçi”nin qarşıdakı yalnız bir oyununu kənarda izləyəcəkdi. İndiki halda isə futbolçunun iki oyunluq cəzası yüksəkdir. O ki qaldı Verniduba, ümumiyyətlə, ukraynalının qırmızı vərəqə görməsi də ayrı söhbətin mövzusudur. Ukraynalı mütəxəssis ölkəmizə gəldiyi gündən aqressiv hərəkətləri ilə gündəmə gəlməyib. Gör indi İnqilab Məmmədov Vernidubu hansı vəziyyətə salıb ki, ukraynalı məcbur qalıb kepkasını yerə çırpır. Sarı vərəqədən sonra Vernidub nə hakimi təhqir etdi, nə başqa qeyri-etik ifadə işlətdi. Sadəcə referidən VAR-a baxmağı istədi. Buna görə qırmızı vərəqə düşürsə, onda gərək hər oyunda ehtiyat oyunçular skamyasından 6-7 nəfər uzaqlaşdırıla.
Bir sözlə, İnqilab Məmmədovun yanlış qərarları “Neftçi”yə təkcə itirilən 2 xalla ziyan vurmadı. “Ağ-qaralar” qarşıdakı “Qarabağ”la matçda da Məmmədovun səhvlərinin əziyyətini çəkəcək. Hazırda əla formada olan, son oyunlarda komandanın ən yaxşılarından hesab edilən Breno Almeyda “Qarabağ”la görüşdə (bəlkə də hər iki görüşdə) “Neftçi”yə kömək etməyəcək. Eləcə də Ağdam klubu ilə matçda Yuri Vürnidub da komandasının yanında olmayacaq. Gör bir hakim səhvi nələrə gətirib çıxardı...
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
23:33
Ehtiram Quliyev: “Bu gün bir xal qazanmadıq, iki xal itirdik”
-
23:00
Prezident milli üzvləri ilə görüşdü: “Bütün qollar bir-birindən gözəl idi” FOTOLENT
-
22:14
Vernidub: “Bunu həzm edib, irəliyə baxmaq lazımdır”
-
21:49
"Neftçi" - "Turan Tovuz" matçında 2 qol, 1 qırmızı vərəqə VİDEO
-
21:22
Kurban Berdıyev: “Xal itirdik”
-
21:07
İki güləşçimiz dünya çempionatının finalında
-
20:56
“Neftçi” qələbəni əldən verdi
-
20:51
DÇ: Millimizdən darmadağın
-
20:38
"Kəpəz"dən əzmkar qələbə VİDEO
-
20:25
Bakıda U-15 dünya çempionatının açılış mərasimi keçirilib
-
18:13
"Neftçi" - "Turan Tovuz": Heyətlər açıqlandı
-
15:59
Şahmatçılarımız Avropa Kubokunda 2 medal qazanıblar
-
14:04
Emil Mustafayev: “Təzyiq yox, motivasiya var idi”
-
13:42
FİFA və AFFA rəsmiləri Hövsan Yarış Kompleksində
-
13:27
Azərbaycan taekvondoçusu beynəlxalq turnirdə gümüş medal qazanıb
-
12:51
Kişi voleybolçular arasında Super Liqada yeni mövsümə start verilib
-
11:36
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:18
"Torino" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:00
Dimitri Leqbo: “Sumqayıt”ın bu cür inamlı oyununa hazır idik”
-
10:45
"Ştudqart" öz meydanında uduzdu VİDEO
-
10:23
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha 2 medal qazanıblar
-
10:09
"Kocaelispor"dan səfər qələbəsi VİDEO
-
09:54
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
-
09:32
Kökçü sevindi, Yunuszadə məyus oldu
-
09:17
Cəlalın komandasından səfər qələbəsi
-
23:18
“Neftçi” “Turan Tovuz”la oyunun hazırlığını başa vurdu
-
22:55
Leandro Andrade “Polesye”də növbəti qolunu vurdu
-
22:26
Zirədə dramatik oyun VİDEO
-
22:03
Rəşad Sadıqov: “Bu gün uduzsaydıq, təəccüblənməyəcəkdik”
-
21:49
Filipe Kandido: "Sayılmayan qolumuzda ofsayd yox idi"
-
21:12
Azərbaycan çempionatları tarixində 15000-ci qol
-
20:54
“Qəbələ” və “Zirə” qalib gəldi
-
19:37
3 boksçumuz Avropa çempionatının finalında
-
19:21
"Araz-Naxçıvan" - "Qəbələ" matçında 3 qol VİDEO
-
18:58
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
-
18:45
Bekiri: “Qələbə çox vacib idi”
-
18:16
“Zirə” - “Sumqayıt”: Heyətlər müəyyənləşdi
-
17:33
Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə növbəti imtahan keçirilib
-
17:09
Voleybol millimiz Polşa ilə bacarmadı
-
16:42
Keyn mövsümün ən yaxşısı seçildi
-
16:27
Qitələrarası Kubokunun finalının yeri və vaxtı bilindi
-
16:00
İsa Suliman “Sumqayıt”ın U-15 komandasının məşqində iştirak edib VİDEO
-
15:15
"Şəfa"nın baş məşqçisi 5 oyunluq cəzalanıb
-
14:41
Arsen Venger Hövsan Yarış Kompleksində olub
-
14:24
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
-
14:06
Hövsan dünya çempionatına tam hazırdır
-
13:53
AFFA klub rəhbərini 4 oyunluq cəzalandırdı
-
13:39
Füzuli Məmmədov fərqi və ya 6 xallıq qələbə
-
13:12
"Real" Arda ilə yeni müqavilə imzaladı
-
13:00
İnfantino: "Azərbaycan və Özbəkistan dünyanın ən yaxşı gənc futbolçularını qarşılamağa hazırlaşır"
24.10.2026
23.10.2026
























