25 Oktyabr 2026, Bazar günü
Kurban Berdıyev: “Xal itirdik”
“Neftçi” qələbəni əldən verdi
DÇ: Millimizdən darmadağın
“Qəbələ” və “Zirə” qalib gəldi

Ölkə futbolu

Vernidub: “Son dəqiqələr haqda danışmaq istəmirəm”

"Neftçi" Azərbaycan Premyer Liqasının 28-ci turunda səfərdə "Zirə" ilə 1:1 hesablı heç-heçə edib.

Futbolxeber.az saytının məlumatına görə, "Neftçi"nin köməkçi məşqçisi Vitali Vernidub matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Yaxşı axşam oldu. Belə oyunlar Azərbaycan çempionatının səviyyəsini yüksəldir. Hər iki komanda intensiv oynayırdı, qapılara zərbələr gedirdi. Fiziki və taktiki güclü idilər, azarkeşlər üçün də maraqlı idi. Bu oyunda əksər hallarda dominantlıq etdik. Bəzi hallarda rəqib vəziyyəti bərabərləşirdi. Bizim oyunçular çox yaxşı oynadı. Onlardan gözləntilərimiz odur ki, "Neftçi"yə yaraşan səviyyədə hər zaman oyun sərgiləsinlər. Son dəqiqələrə gəldikdə, baxacağıq, araşdıracağıq, özümüz üçün nəticələr çıxaracağıq. Nə edək ki, vəziyyət bu yerə gəlib çatmasın".

- Buraxdığınız qol epizoduna baxdınız? Son dəqiqələrdə nə baş verdi?

- Hörmətlə yanaşıram. Son dəqiqələr haqda danışmaq istəmirəm.

- Vensan Abubakar yox, başqa, daha sürətli hücumçu meydana buraxmaq olmazdı?

- Bu cür də yanaşmaq olar. Amma biz istəyirdik ki, irəlidə topu saxlayaq, digərlərinə ötürmələr versin. Abubakarı buna görə meydana buraxmışdıq. Üstəlik, standart vəziyyətlərdə də bizə kömək edə bilərdi. "Zirə" bu durumlarda da yaxşıdır. Kim oynadısa, hamısı yüksək səviyədə oynadılar. Artırmaq istəyirlər.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31