Ölkə futbolu
Hakimlərimizin psixoloji hazırlığı niyə aşağıdır? RƏYLƏR
“Hazırda hakimlərimiz üçün əsas məsələ psixoloji hazırlıqla bağlıdır. Oyunlar zamanı hakimlərimizin buraxdığı səhvlərin əksəriyyəti psixoloji hazırlığın yüksək səviyyədə olmaması ilə əlaqədardır”. Bunu Lent.az-a açıqlamasında AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib.
Məmmədov fikirlərini belə əsaslandırıb: “Hakimlərimizin əksəriyyəti gəncdir. Hələ onlar bərkiməli, “sifətlər”, “nüfuzlu futbolçular” görməlidirlər. Hələ onlar nə hakimlik ediblər? Bu yöndə təcrübə lazımdır. Niyə Fariz Yusifovun, Vüsal Əliyevin qabağında oyunçular atılıb-düşmürlər? Çünki onlar özlərini təsdiqləmiş, göstərmiş hakimlərdirlər”.
Amma təcrübəli hakimlərimiz də bəzən yaşlı futbolçuların nalayiq ifadələrinə tuş gəlirlər. Konkret, Topaz Premyer Liqasının XV turunun “Sumqayıt” – “Neftçi” matçında keçmiş FİFA referisi Fariz Yusifov meydan sahiblərinin 36 yaşlı kapitanı Samir Abasovun təhqirlərinə məruz qalıb. Hakimlər Komitəsi sədrinin bu fakta münasibəti belə olub: “Abasov Yusifovu söyüb və nəticədə meydandan qovulub. Mən o mənada demədim ki, kimsə hakimi söysün və ya nə isə desin. Yəni, hər hansı epizodda hakim öz qərarını yaxşı mənada tapmalıdır. Gənc hakim qərarını verəndə bəzən şübhə ilə yanaşır, üstünə gedirlər və onun psixoloji durumu tam formalaşmadığı üçün bəzən özünü itirir. Əsas problem bundadır. Bu da müəyyən qısa müddətdən sonra öz yoluna düşəcək”.
Vüsal Əliyev: “Mənim kimi təcrübəli referiyə psixoloji basqı mümkün deyil”
Keçmiş FİFA referisi Vüsal Əliyev isə Lent.az-a açıqlamasında psixoloji hazırlıq sarıdan problemlərin gənc hakimlərdə müşahidə olunduğunu bildirib. Təcrübəli baş hakimin sözlərinə görə, Türkiyənin Antalya bölgəsində keçirilən təlim-məşq toplantısı zamanı hakimlərimizin fiziki cəhətdən hazırlıqlı olduqları, qaydaları gözəl bildikləri üzə çıxıb. Amma gənc referilər psixoloji cəhətdən hazırlıqlı olmadıqlarından, bəzi problemlərlə üzləşirlər: “Burada avtoritetli oyunçular, klub rəhbərləri ilə bağlı amillər var. Həmin amillər istər-istəməz psixoloji hazırlığa təsir edir. Bu, ola bilər oyunun əvvəllərində, ola bilər, sonlarında təsirini göstərsin. Xüsusən, gənc hakimlərdə psixoloji hazırlıq zəif olduqda səhvləri get-gedə artır və onların normal oyun idarə etməsinə mane olur”.
Əliyevin fikrincə, təcrübəli hakimlər artıq bu yolu keçdiklərindən, problemlə üzləşmirlər: “Mən oyun zamanı hansısa epizoda uzaq olduğum üçün səhv buraxa bilərəm. Amma başqa səhv ola bilməz. Mənim kimi təcrübəli referiyə psixoloji basqı mümkün deyil”.
Əliyar Ağayev: “...nəticədə çaşqınlıqlar yaranır”
Gənc FİFA referisi Əliyar Ağayev də Hakimlər Komitəsi sədrinin iradları ilə razılaşıb: “Hakimlik üçün hər bir komponent vacibdir. O cümlədən, psixoloji hazırlıq da. Azərbaycan çempionatının oyunlarını idarə etmək beynəlxalq matçlarda hakimlikdən çətindir. Xaqani müəllim bunları nəzərə alaraq, hakimlərimizdə psixoloji hazırlıq sarıdan problemlərin olduğunu qeyd edib. Təbii ki, bir gənc referi kimi özümdə də bəzən belə problemlər olur. Amma çalışıram ki, bunu da aradan qaldırım. İki eyni səviyyəli komandanın oyununda futbolçuların topla yaxşı rəftar edəcəklərini gözləyirsən. Amma matç başlayan kimi meydanda kobudluqlar başlayır. Bu da qurduğun idarəçilik taktikana uyğun gəlmir və nəticədə çaşqınlıqlar yaranır. Digər amillər də ola bilər. Məsələn, gənc hakimlər həyəcanlı ola bilərlər”.
“Azarkeş hakimə nə edəcək?”
Digər tərəfdən, Azərbaycan çempionatında oyunların əksəriyyəti boş tribunalar önündə keçirilir. Halbuki tamaşaçı sayı daha çox olsaydı, hakimlər daha böyük psixoloji təzyiqlə üzləşə bilərdilər. Lakin Məmmədov bu amilin ədalət təmsilçilərinə hər hansı təsirini inkar edib: “Azarkeş meydana girmir, hakim isə fanatların qışqırıqlarına məhəl qoymur. Hakim meydanda futbolçularla təmasda olur, onun qərarlarına oyunçuların reaksiyası isə özünü müxtəlif formalarda büruzə verir. Yəni, söhbət meydanda baş verənlərdən gedir. Azarkeş qışqırırsa, qışqırsın da... O, gəlib hakimə nə edəcək? Azarkeşlərin hamısı bir ağılda olsaydı, onlarla bağlı problem ortaya çıxmazdı. Hamısı müxtəlif xarakterə malik insanlardırlar. Hərəsi bir söz deyə bilər. Azarkeşin özünü necə aparması hakim üçün o qədər də önəm kəsb etməməlidir. Söhbət meydandakı futbolçu ilə təmas qurmaqdan gedir. Həm də məşqçilər, klub rəsmiləri ilə. Əlbəttə, onlar da klub nümayəndələridirlər və bu təmaslar da onun davamı kimidir. Oyundan sonra futbolçu hakimlə çox gözəl münasibətdə olur. Amma məşqçi oyun vaxtı meydanda deyil, kənarda olduğundan, matça o qədər də təsir edə bilmir. Amma matçın ardından bəzi epizodlarla bağlı iradlarını hakimə hərdən təzyiq yolu ilə çatdırmaq istəyir, hətta qeyri-etik ifadələr də işlədir. Məşqçi, futbolçu və hakim bir ailədir”.
Ağayev də hesab edir ki, Premyer Liqa matçları boş yox, dolu tribunalar önündə keçirilsəydi, bu, hakimlərimizin psixoloji durumunu nəinki zəiflədə, əksinə yüksəldə bilərdi: “Tribunalarda azarkeşlərin çoxluğu şəxsən mənə əlavə stimul verir. Azarkeşlər oyunun tərkib hissələrindən biridir. Onlar da qarşılaşmadan zövq almaq istəyirlər. Heç vaxt tamaşaçılarla psixoloji sarıdan problemim olmayıb. Əksinə, onların önündə özümü daha rahat, hazır hiss edirəm. Azərbaycan çempionatının oyunlarına nə qədər çox tamaşaçı gəlsə, bu, o qədər sevindirici hal olar”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
13:17
AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
12.11.2026
11.11.2026
10.11.2026
























