16 Sentyabr 2026, Çərşənbə
"Neftçi" 1000-ci oyununa çıxacaq
Həsənovun “unutduğu” epizod
Elvin Camalov “Neftçi”dən getdi
İsmail Taofik: “Hədəfimiz çempionluqdur”

Ölkə futbolu

AFFA-da məşqçilərlə görüş keçirildi

UEFA-nın Elit Məşq Layihəsinin yeni rəhbəri Mirbağır İsayevin məşqçilərlə ilk görüşü keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, tanışlıq xarakteri daşıyan iclasda AFFA-nın baş katibinin müavini Elçin Məmmədov və layihə çərçivəsində bölgələrdə fəaliyyət göstərən məşqçi heyəti iştirak edib.

Görüşdə çıxış edən Elçin Məmmədov mütəxəssisləri salamlayaraq yeni təyin olunmuş Mirbağır İsayevi məşqçilərə rəsmi şəkildə təqdim edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra çıxış edən Mirbağır İsayev nizam-intizamın vacibliyini ön plana çəkib, Elit Məşq Layihəsinə cəlb olunan yeniyetmə futbolçuların sağlamlığının daim diqqət mərkəzində saxlanılmalı olduğunu bildirib. O, həmçinin bölgələrdə istedadlı uşaqların aşkar edilməsi istiqamətində daha sistemli və məqsədyönlü fəaliyyətin zəruriliyini vurğulayıb.

İclas zamanı layihə ilə bağlı yeniliklər və qarşıdakı dövr üçün planlar müzakirə olunub.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30