1 Noyabr 2026, Bazar günü
Bekiri: "1 xal qazanmağa layiq idik"
Qurbanov: “Yüz faiz cəzalanacaqlar”
"Zirə” də xal itirdi, "Qarabağ" da
“İki xal itirməsəydik, yaxşı olardı”

Ölkə futbolu

Berdiyev: “Vacib iki xal itirdik”

“Təəssüf ki, çox vacib iki xal itirdik. Oyunun ikinci hissəsi bir qədər fərqli alındı. Növbəti oyuna hazırlaşacağıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev Azərbaycan Premyer Liqasının 24-cü turunda "Kəpəz"ə (1:1) qarşı keçirilən oyundan sonra deyib.

Daha sonra təcrübəli mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

- Enrike Silva zədələndikdən sonra onun əvəzinə meydana Faiq Hacıyevi buraxdınız. "Kəpəz" də daha çox onun yer aldığı cinahdan hücumlar edirdi...

- Faiq uzun müddət idi ki, oynamırdı. Ona görə də, bu səhvlər təbiidir.

- Roderik Millerin oynamaması nə ilə bağlıdır?

- Zədəlidir.

- "Turan Tovuz" iddialı rəqiblərə qalib gəlir, amma daha aşağı pillələrdə qərarlaşan komandalarla matçlarda istədiyini reallaşdıra bilmir. Bu, motivasiya ilə bağlıdır?

- Təəssüf ki, haqlısınız. Həm "Zirə", həm də "Neftçi" ilə oyundan sonra belə oldu. Fikirləşirəm ki, emosiyalar kifayət etmir. Liderlərə qarşı olan köklənmə bu cür komandalara qarşı olmur. Bunun üzərində işləyəcəyik.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30