19 Sentyabr 2026, Şənbə
U-21 millimizin heyəti açıqlandı
“Neftçi" və "Qarabağ" qalib gəldi
Azərbaycan Kubokunun püşkü atıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

Andrey Demçenkodan qələbə şərhi

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasının 24-cü turunda doğma meydanda "Karvan-Yevlax"ı 2:1 hesabı ilə məğlub edib.

Futbolxeber.az saytının məlumatına görə, "Araz-Naxçıvan"ın baş məşqçisi Andrey Demçenko oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"3 xal qazandıq. Bu, çox yaxşıdır. Birinci hissə bizim üçün yaxşı oldu. Yaxşı qollar vurduq. İkinci hissədə buraxdığımız qol öz səhvimizdən idi. Oyunun sonları bir az gərgin keçdi. “Qarabağ”la oyunla müqayisədə futbolçuların gözündə alov var idi".

- Simakala çox epizod qaçırdı. Əvəzlənəndə aranızda mübahisə oldu. Sirr deyilsə, oynamaq istəməyənlərdən biri də Simakaladır?

- Ad çəkməyəcəm. Yaxşı oynamayan oyunçular özləri bilirlər. Simakala hücumçudur, qol vurmalıdır.

- Nuno Rodrigesin oyunundan razı qaldınız?

- Bəli, onun yerini dəyişdik. Yaxşı oynadı.

- Avrokuboklar mübarizəsində olduğunuzu hiss edirsiniz?

- Təbii ki. Günbəgün daha irəliləyirik. Materialları daha yaxşı qəbul etməyə başlayırlar. Böyük komandalara qarşı xallar itirdik, amma hədəfimiz avrokuboklardı. Hər qalibiyyət komandaya özgüvən verir.

- Keyta startda başlamayacaqdı, məcburi oldu. Bolinin zədəsi ciddidi?

- Keytaya şans verdik, yaxşı oynadı. Boli Ayağının yuxarı hissəsində ağrılar hiss etdi. Durumunu sabah biləcəyik.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30