1 Noyabr 2026, Bazar günü
Bekiri: "1 xal qazanmağa layiq idik"
Qurbanov: “Yüz faiz cəzalanacaqlar”
"Zirə” də xal itirdi, "Qarabağ" da
“İki xal itirməsəydik, yaxşı olardı”

Ölkə futbolu

4 komandaya texniki məğlubiyyət verildi

AFFA Region Liqasında mübarizə aparan "Sabirabad", "Murov Kəlbəcər"ə, U-15 Liqasında yarışan ROFM-i və U-13 Liqası komndalarından "Ərgünəş"ə təxniki məğlubiyyət verib.

Futbolxeber.az saytının məlumatına görə, AFFA İntizam Komitəsinin bugünkü iclasında belə qərar qəbul edilib.

Fevralın 28-də AFFA Region Liqasında keçirilməli olan "Sabirabad" FK - "Olimpik Sabirabad" oyununun "Sabirabad" FK-nın heyətində yetərsay olmadığına görə baş tutmadığı üçün sözügedən komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.

Eyni çempionatda martın 1-də keçirilməli olan "Mərcanlı" FK - "Murov Kəlbəcər" FK oyunu "Mərcanlı"nın təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün bu komanda da 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.

U-15 Liqasında keçirilməli olan ROFM - "Xocalı" FK oyunu ROFM-ın ev sahibi olaraq təcili tibbi yardım və ya həkim briqadası ilə təmin etmədiyinə görə baş tutmadığı üçün ROFM texniki məğlubiyyət alıb.

AFFA U-13 Liqası təmsilçilərindən "Ərgünəş" FK isə "Sunami" FK ilə oyun bitdikdən sonra heyətində lisenziyası mövcud olmayan futbolçunun aşkarlandığı üçün eyni cəza ilə üzləşib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30