15 Sentyabr 2026, Çərşənbə axşamı
Elvin Camalov “Neftçi”dən getdi
İsmail Taofik: “Hədəfimiz çempionluqdur”
"Qarabağ" məğlubiyyətdən qaçdı
“Sumqayıt” qəkəbəni əldən verdi

Ölkə futbolu

“Neftçi”nin rekordu təkrarlandı: “Qarabağ” 21-ci dəfə yarımfinalda

Bizon Azərbaycan kubokunda yarımfinalçılar müəyyənləşib.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, “Qarabağ” 21-ci, “Zirə” 6-cı, “Sabah”la “Turan Tovuz” 2-ci dəfə 1/4 final səddini adlayıb.

“Şamaxı” ilə mübarizədən qalib ayrılan (1:2, 3:1) “Qarabağ” Azərbaycan kubokunun rekorduna şərik çıxıb. Ağdam klubu 21 dəfə finalın bir addımlığına qədər irəliləyən “Neftçi”yə çatıb.

İki matçın yekununda (0:0, 2:0) “Sumqayıt”ı üstələyən “Zirə” isə ən azı 6 dəfə yarımfinala yüksələn 7-ci komanda olub. Şərikli rekordçulardan başqa “Şamaxı” (12), “Qəbələ” (11), “Bakı” və “Xəzər Lənkəran” (hərəsi 8) da bunu bacarıb.

“Turan Tovuz” “Kəpəz”i (1:0, 2:0), “Sabah” “Qəbələ”ni (0:0, 3:3, pen.4:2) dayandırmaqla ən azı 2 dəfə yarımfinala yüksələn komandaların sayını 18-ə çatdırıb.

Qeyd edək ki, indiyədək 33 komanda 1/4 final səddini keçib.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30