6 Iyun 2026, Şənbə
Azərbaycan millisi Maltaya uduzdu
Sadıq Sadıqov dünyasını dəyişib
Millimiz Macarıstana məğlub oldu
Zaur Həşimov rəsmən “Şəfa”da

Ölkə futbolu

Ruslan Abışov: “Məqsədimiz finala çıxmaq, kuboku qazanmaqdır”

“Birinci oyunda qazandığımız qələbə bizim üçün heç nəyi dəyişmirdi. Oyuna ciddi hazırlaşmışdıq. Erkən qol uşaqlarda arxayınlıq yaratdı və bu, təsirini göstərdi. İkinci hissənin də əvvəlində fərqlənməyimiz eyni vəziyyəti yaratdı. Artıq hesabda 3:0 öndəydik. Amma əks-hücumlarda daha yaxşı oynaya, çox qol vura bilərdik. İndi bu matçı unudub, çempionata hazırlaşacağıq. Kubokda hədəfimiz böyükdür, finala qədər getmək istəyirik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Turan Tovuz”un məşqçisi Ruslan Abışov Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Kəpəz”ə 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.

Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb:

- Kurban Berdıyevin əsas göstərişləri nələr idi?

- Bacardığımız qədər dediklərini futbolçulara çatdırmağa çalışdıq. Əsas odur, qələbə qazandıq və mərhələni keçdik.

- Finala çıxmaq şanslarınızı necə dəyərləndirirsiniz?

- Bizim üçün kubok vacibdir. Qarşıda "Zirə" ilə çətin oyun var. Onlar da kuboka iddialıdır. Məqsədimiz finala çıxmaq, kuboku qazanmaqdır.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30