15 Sentyabr 2026, Çərşənbə axşamı
Elvin Camalov “Neftçi”dən getdi
İsmail Taofik: “Hədəfimiz çempionluqdur”
"Qarabağ" məğlubiyyətdən qaçdı
“Sumqayıt” qəkəbəni əldən verdi

Ölkə futbolu

Kadi: "Biz bunu bacararıq"

"Qarabağ"ın yarımmüdafiəçisi Kadi Borgesin Futbolxeber.az saytına müsahibəsi

 

- Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Şamaxı"ya qalib gəlməklə (3:1) yarımfinala yüksəldiniz. Qələbəni necə şərh edərdiniz?

- Bizim üçün bütün yarışlar önəmlidir. Hər bir turnirdə qarşımıza maksimum hədəflər qoyuruq. Çempionatı da, kuboku da qazanmaq istəyirik. İlk matçda hesab xeyrimizə olmasa da, yekunda iki oyunun nəticəsi üzümüzü güldürdü. Yaxşı oynadıq, layiqli olaraq yarımfinaldayıq. 

- Son dəqiqələrdə təyin olunan penalti oyunu əlavə vaxta apara bilərdi. Həmin an hansı hissləri keçirdiniz

- Futbolda hər şeyə hazır olmaq lazımdır. Əgər rəqib penaltini dəqiq yerinə yetirsəydi, əlavə vaxta gedəcəkdik. Belə oyunlarda hər bir epizod önəm daşıyır. 

- Yarımfinalda "Sabah", yoxsa "Qəbələ" ilə qarşılaşmaq istəyirsiniz

- Ciddi fərqi yoxdur. Qarşıda bizi finala çıxmaq üçün iki matç gözləyir. Hədəfimiz kuboku qazanmaqdır. Final oynamaq istəyirik.

- "Qarabağ" mövsümü qızıl dublla bitirə bilər?

- Əvvəldə dediyim kimi, futbolda hər şey mümkündür. Niyə də yox?! Biz bunu bacararıq. 

Azad Nuriyev








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30