15 Sentyabr 2026, Çərşənbə axşamı
Elvin Camalov “Neftçi”dən getdi
İsmail Taofik: “Hədəfimiz çempionluqdur”
"Qarabağ" məğlubiyyətdən qaçdı
“Sumqayıt” qəkəbəni əldən verdi

Ölkə futbolu

Valeh Seyidov yubileyini qolla qeyd etdi

II Liqanının 16-cı turu çərçivəsində “Dinamo” öz meydanında “Şirvan”ı 3:1 hesabı ilə məğlub edib.

Futbolxeber.az saytının məlumatına görə, bu oyun paytaxt klubunun hücumçusu Valeh Seyidov üçün əlamətdar olub. Belə ki, bu gün 30 yaşı tamam olan təcrübəli forvard yubileyini qolla qeyd edib. Seyidov ardıcıl üçüncü matçda altıncı, ümumilikdə isə mövsüm ərzində 9-cu qolunu vurub.

Qeyd edək ki, 1996-cı il martın 4-də anadan olan V.Seyidov “Bakı”nın yetirməsidir. O, bu klubun aşağı yaş qruplarının heyətində bir neçə dəfə ölkə çempionatının bombardiri olub, müxtəlif yaş qrupları üzrə milli komandalarımızda forma geyib. Seyidov həmçinin Portuqaliyada da legioner həyatı yaşamağa fürsət tapıb. 30 yaşlı forvard 2017-18 mövsümündə üçüncü liqa təmsilçisi “Louletano”da çıxış edib. Son illər isə o, kapitan sarğısını daşıdığı “Dinamo”nun uğurları üçün çalışır.

Əlavə edək ki, Valeh Seyidov həm də Vətən müharibəsi iştirakçısıdır. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30