9 Sentyabr 2026, Çərşənbə
Koxalski “Qarabağ”dan rəsmən getdi
Akinyemi rəsmən “Neftçi”də
Qurbanov: “Bu, təhlükəlidir”
Kurban Berdiyevdən qələbə şərhi

Ölkə futbolu

Azərbaycan çempionatlarında ilk dəfə

Azərbaycan çempionatlarının yüksək liqası tarixində 18-ci dəfə 6 və ya daha çox qolun vurulduğu qarşılaşmada heç-heçə qeydə alınıb.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, bu, Azərbaycan Premyer Liqasının XXII turuna təsadüf edib. “Qarabağ” - “Sabah” görüşü 3:3 hesabı ilə başa çatıb. 1992-ci ildən keçirilən turnirin ən məhsuldar heç-heçələri siyahısında 1 dəfə 6:6, 1 dəfə 4:4, 16 dəfə 3:3 hesabı var.

İlk dəfə eyni cüt arasında 2 belə məhsuldar heç-heçə qeydə alınıb. “Qarabağ”la “Sabah” 2023/24 mövsümündə də dueldən 3:3 hesablı heç-heçə ilə ayrılıb. Həmin vaxt da komandaların görüşü indiki kimi XXII tura təsadüf edib. 2024-cü il fevralın 11-də keçirilən görüş də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub.

Bunadək heç-bir cütün bir-biri ilə iki matçında 6 və ya daha çox qollu heç-heçə olmamışdı. Hər iki sülh “Qarabağ”ın meydanında gerçəkləşib.

“Sabah” tarixində 4-cü dəfə Premyer Liqa matçında məhsuldar heç-heçə etməklə “Kəpəz” və “Turan”a məxsus rekordu təkrarlayıb. “Qarabağ” isə yalnız bu rəqiblə görüşlərdə 3 və ya daha çox qol vuraraq 1 xal qazanıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30