25 Oktyabr 2026, Bazar günü
Kurban Berdıyev: “Xal itirdik”
“Neftçi” qələbəni əldən verdi
DÇ: Millimizdən darmadağın
“Qəbələ” və “Zirə” qalib gəldi

Ölkə futbolu

Azər Bağırov: “Bu qələbəni onlara həsr edirik”

"Kəpəz"in baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 22-ci turunda "Sumqayıt"ı 3:0 hesabı ilə məğlub etməkləri haqda danışıb.

Futbolxeber.az saytının məlumatına görə, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında qələbəni azarkeşlərə həsr etdiklərini deyib:

"Azarkeşlərimizə təşəkkürümü bildirirəm. Bu qələbəni onlara həsr edirik. Məncə, maraqlı oyun alındı. Bu gün istədiklərimiz meydanda həyata keçdi. Futbolçularımızı təbrik edirəm. Önümüzə baxacağıq".

O, oyunçularının bu qədər motivasiyalı olmasının səbəbini də açıqlayıb: "Sabah"la matçın son dəqiqələrində 1 xalı əldən verdik. Bəlkə də həmin oyundan motivasiya qaynaqlanmışdı. Futbolçular məsuliyyətin ağırlığını hiss edərək meydana çıxmışdılar".

A.Bağırov Azərbaycan kubokundakı hədəflərindən də söz açıb: "Rəhbərlik komandaya yaxşı motivasiya verir. Bütün oyunlara maksimum nəticə üçün çıxırıq. "Turan Tovuz"la kubokun ilk matçında meydana daha çox yerli futbolçu buraxmışdıq. Hamıya elə gəldi ki, kubokda yarışmaq istəmirik. Həm çempionatda, həm də kubokda bacardığımız qədər irəli getmək istəyirik".

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31